AZE | RUS | ENG |

BAFTA kinomükafatı namizədlərinin qalibləri elan edilib

BAFTA kinomükafatı namizədlərinin qalibləri elan edilib
Britaniya Film və Televiziya İncəsənəti Akademiyası (BAFTA) mükafatının əsas nominasiyaları üzrə qaliblər məlum olub.

"Report” "Sky News"a istinadən xəbər verir ki, Meksika rejissoru Alfons Kuaronun lentə aldığı "Roma" dramı "Ən yaxşı film" kateqoriyasında qalib gəlib.

Kuaron həmçinin "Ən yaxşı rejissor işi" nominasiyasında qalib olub.

Rejissor Yorqos Lantimosun ekranlaşdırdığı "Favorit qadın" tarixi filmi ən yaxşı Britaniya kinosu kimi BAFTA mükafatına layiq görülüb.

Oliviya Kolman və Reyçel Vays "Favorit qadın" filminə görə müvafiq olaraq "Ən yaxşı qadın rolu" və "İkinci planda ən yaxşı qadın rolu" nominasiyalarında qalib gəliblər.

"Bohem rapsodiyası" bioqrafik ekran əsərində Freddi Merkurini canlandıran Rami Malek "Ən yaxşı kişi rolu" nominasiyasının qalibi olub.

Bütün mərasim zamanı 24 nominasiyada qaliblər elan olunub.




Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.923
GEL 1 1 Gürcüstan larisi 0.6449
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1951
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1837
CHF 1 1 İsveçrə frankı 1.6935
KWD 1 1 Küveyt dinarı 5.5962
TRY 1 1 Türkiyə lirəsi 0.3219