• cümə, 29 Mart, 17:09
  • Baku Bakı 14°C

Badri Naçkebia: Gürcüstan hökuməti qondarma “erməni soyqırımı”nı heç vaxt tanımayacaq

16.04.17 10:00 815
Badri Naçkebia: Gürcüstan hökuməti qondarma “erməni soyqırımı”nı heç vaxt tanımayacaq
Gürcüstanın Axalkalaki bələdiyyəsi, erməni icması və ictimai təşkilatları Gürcüstan rəhbərliyinə müraciət edərək qondarma "erməni soyqırımı”nı tanımağı xahiş ediblər.
Ermənilərin bu müraciəti ictimaiyyət tərəfindən birmənalı qarşılanmayıb.
Gürcüstan parlamentinin hakim "Gürcü arzusu-demokratik Gürcüstan” Partiyasından olan deputatı Mahir DərziyevAZƏRTAC-a müsahibəsində deyib: "Türkiyə tərəfi dəfələrlə bəyan edib ki, bu məsələni tarixçilər araşdırmalıdır və öz arxivlərini elmi araşdırmalar üçün açıb. Təəssüf ki, ermənilər və bəzi siyasətçilər bu məsələdən öz məqsədləri üçün istifadə edirlər. Bu yolverilməzdir, çünki bu məsələdən siyasi məqsədlər üçün istifadə edənlər yeni münaqişə ocaqları yarada bilərlər”.
Deputatın sözlərinə görə, ermənilər dəfələrlə belə müraciətlər ediblər, parlamentdə də məsələ qaldırıblar. Amma heç nəyə nail ola bilməyiblər. Azərbaycanlı deputatlar, eləcə də hadisələrə və cəmiyyətdə baş verən proseslərə real baxan, demokratik düşüncəli digər deputatlar ermənilərin cəfəng fikirlərinə kəskin münasibət bildiriblər və qondarma soyqırımı” məsələsi müzakirədən çıxarılıb. Dövlət rəhbəri də heç vaxt buna getməyəcək. Gürcüstan demokratik ölkədir və dəfələrlə bəyan edib ki, bu məsələni araşdırmaq tarixçilərin işidir.
Müxalifətdə olan "Vahid Milli Hərəkat” Partiyasının deputatı Azər Süleymanov da məsələnin qəbuledilməzliyini vurğulayıb: "Ermənilər dəfələrlə belə tələblərlə çıxış ediblər. Onlar çox gözəl bilirlər ki, bu dəfə də fiaskoya uğrayacaqlar. Amma siyasi xal qazanmaq üçün belə edirlər. Gürcüstan hökuməti Ermənistana görə özünün strateji tərəfdaşı və dostu olan Azərbaycan və Türkiyə ilə münasibətləri pozmayacaq. Ermənilərin arzusu elə arzu olaraq qalacaq”.
Politoloq Badri Naçkebia isə deyib ki, qondarma "erməni soyqırımı”nın tanınması Gürcüstan hökumətinə və xalqına hörmətsizlikdir. Bu həm də bizə qonşu və dost, qardaş ölkələr olan Azərbaycana və Türkiyəyə hörmətsizlikdir. Düşünürəm ki, Gürcüstan hökuməti "qondarma soyqırmı” heç vaxt tanımayacaq.
Xatırladaq ki, bu artıq Gürcüstandakı erməni icması və təşkilatları tərəfindən ölkə rəhbərliyinə edilən sayca 12-ci müraciətdir. Bundan əvvəlki müraciətlərin hamısı Gürcüstan tərəfindən rədd edilib.
banner

Oxşar Xəbərlər