• cümə, 29 Mart, 13:14
  • Baku Bakı 14°C

Badminton üzrə Azərbaycan çempionatına start veriləcək

04.11.18 18:19 731
Badminton üzrə Azərbaycan çempionatına start veriləcək
Noyabrın 8-də badminton üzrə Azərbaycan çempionatına start veriləcək.
Trend-in məlumatına görə, Azərbaycan Texniki Universitetinin İdman Sarayının əsas zalında keçiriləcək çempionatda qaliblər 5 kateqoriya üzrə müəyyənləşəcək. Azərbaycan Badminton Federasiyası ilə Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə keçiriləcək yarış 4 gün davam edəcək.
Noyabrın 11-də kişi və qadınların şəxsi və qoşa yarışlarında,eyni zamanda qarışıq cütlərdə final qarşılaşmaları keçiriləcək. Kateqoriyalar üzrə ilk 3 yeri tutmuş badmintonçular Gənclər və İdman Nazirliyi və Azərbaycan Badminton Federasiyası tərəfindən diplom və medallarla təltif olunacaqlar. Turnirin keçirilməsində məqsəd badmintonun Respublikanın şəhər və rayonlarında inkişafına nail olmaq, perspektivli idmançıları aşkar etmək, milli komandanın tərkibini müəyyənləşdirməkdir. Yarışlar hər gün saat 15:00-dan etibarən başlayacaq.
Tamaşaçılar üçün giriş sərbəstdir.
banner

Oxşar Xəbərlər