• çərşənbə axşamı, 16 aprel, 12:34
  • Baku Bakı 19°C

Bacısının pulunu xərclədi, sonra bıçaqladı

07.01.14 15:32 1054
Bacısının pulunu xərclədi, sonra bıçaqladı
Gəncə şəhərində qardaşın bacısını hansı səbəbdən bıçaqladığı məlum olub. Lent.az-ın əldə etdiyi məlumata görə, Gəncə şəhər Kəpəz rayon sakini, 1981-ci il təvəllüdlü Lalə Əliyevanı bıçaqlayan qardaşı, 1986-cı il təvəllüdlü Tural Əliyev ruhi-əsəb xəstəsidir.
Araşdırmalar nəticəsində məlum olub ki, T.Əliyev bacısına məxsus olan 5 min rus rublunu götürüb. Dünən axşam saatlarında Lalə Əliyeva pulu qoyduğu yerdə tapa bilməyib. Qardaşı bildirib ki, pulu o götürüb və xərcləyib. Bundan sonra 33 yaşlı qadın özündən çıxıb və nəyin bahasına olursa olsun pulun yerinə qaytarılmasını tələb edib. Bacısının hərəkətinə əsəbiləşən Tural Əliyev isə bıçağa əl atıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.
banner

Oxşar Xəbərlər