• cümə axşamı, 25 aprel, 18:05
  • Baku Bakı 21°C

Bacısı cavab verdi, özü də tutarlı

05.12.19 12:21 516
Bacısı cavab verdi, özü də tutarlı
"Yuventus”un futbolçusu Kriştiano Ronaldonun bacısı Katya Aveyru "Liverpul”un oyunçusu Vircil van Deykə cavab verib.
Kaspi.az xəbər verir ki, Vircil "qızıl top”un mükafatlandırma mərasimindən sonra Ronaldoya ünvanlanan ironiyalı ifadə işlətmişdi. Jurnalistin, Kriştianonun mükafatlandırma mərasiminə qatılmamağı ilə bağlı sualına belə cavab vermişdi: "Məgər Ronaldo "Qızıl top”a namizədlər arasında idi? Katya "instaqram”da belə yazıb:
"Əzizim Vircil, sənin indi olduğun yerdə Ronaldo min dəfə olub. Başa düşürsən, Vircil, Ronaldo o ölkədə 3 dəfə çempion olub ki, sən illərdir həmin ölkədə oynasan da, hələ də əlini bal bankasına sala bilməyibsən.
Sənin indi oyandığın ölkədə Kriştiano ən yaxşı futbolçu və ən yaxşı bombardir olub. Və o, bu uğurları qazanarkən, səndən cavan olub.
Sonra isə əzizim Vircil, o, başqa ölkəyə getdi. Və kiçik” bir komandanın tarixində ən yaxşı futbolçu oldu. "Real” adı sənə nəsə deyir? O klubdan danışıram ki, Çempionlar Liqasının finalında sənin də oynadığın komandaya qalib gəlib.
Yeri gəlmişkən, onun bu turnirdə 5 qələbəsi var. Üstəlik, o Ronaldonun çıxış etdiyi yığma Millətlər Liqasının finalında sənin "naringi”ni parçaladı. Ağır gəldi, elə deyil, Vircil?
Başa düşürəm, hətta Ronaldonun bir mövsümdə qazandığı titulların sayı sənin karyeran ərzində qazandıqlarından çoxdur. Heyrətləndirir, hə? Yaxşı budur, get bir neçə titul da qazan, ondan sonra söhbət edərik”.
banner

Oxşar Xəbərlər