Bacı bacını bıçaqlayıb

Bacı bacını bıçaqlayıb

Kriminal
18 Oktyabr 2012, 12:08 1181
Biləsuvarda bıçaqlanma hadisəsi baş verib.

Rayon Polis Şöbəsinin (RPŞ) baş müstəntiqi Bahadır Məmmədovun APA-nın cənub bürosuna verdiyi məlumata görə, hadisə ötən gün Biləsivar şəhəri, Nizami küçəsi, 22 ünvanında qeydə alınıb.

Belə ki, 34 yaşlı Aynurə İmanova Biləsuvar Mərkəzi Rayon Xəstəxanasında (MRX) müalicədə olan anası Rəfiqə İmanovanın yanından evə qayıdanda mənzildəki səliqəsizliyi görüb bacısı, 38 yaşlı Könül İmanova ilə mübahisə edib. Əlbəyaxa dava nəticəsində bacısından çoxsaylı yumruq zərbələri alan Aynurə mətbəx bıçağı ilə Könülü vurub.

Bıçaq xəsarətləri alan Könül İmanova ağır vəziyyətdə Biləsuvar MRX-a yerləşdirilib.

Bacısını bıçaqlayan A. İmanova isə Biləsuvar RPŞ əməkdaşları tərəfindən saxlanılaraq istintaq orqanlarına təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.