• cümə, 19 Aprel, 17:17
  • Baku Bakı 25°C

Bağçalarda videokameralar quraşdırılıb

10.04.14 14:13 1404
Bağçalarda videokameralar quraşdırılıb
Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən dövlət uşaq müəssisələrində uşaqların saxlanma vəziyyətinə və onlara göstərilən xidmətə nəzarətin səmərəli həyata keçirilməsi məqsədi ilə internat məktəblərində videokameralar quraşdırılıb. Bu barədə APA-ya Təhsil Nazirliyinin mətbuat xidmətindən bildirilib. Məlumata görə, videokameraların quraşdırılması, həmçinin, uşaqlara verilən qidanın keyfiyyətinə və ərzağın tələb olunan normalara uyğun sərfiyyatına nəzarət mexanizminin təmin edilməsi məqsədlərinə xidmət edir.
banner

Oxşar Xəbərlər