AZE | RUS | ENG |

Bağçalara nəzarətin Təhsil Nazirliyinə verilməsi təklif edilir

Bağçalara nəzarətin Təhsil Nazirliyinə verilməsi təklif edilir
"Təklif edirəm ki, uşaq bağçalarına nəzarət icra hakimiyyəti orqanlarından alınaraq Təhsil Nazirliyinə verilsin. Bunun çox böyük əhəmiyyəti var".

Trend-in məlumatına görə, bu təkliflə Azərbaycanın insan hüquqları üzrə müvəkkili (ombudsman) Elmira Süleymanova parlamentin Hüquq siyasəti və dövlət quruculuğu, İnsan hüquqları, Gənclər və idman, Regional məsələlər və Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin büdcə zərfinə daxil olan qanun layihələrinin müzakirəsinə həsr edilmiş birgə iclasında çıxış edib.

E.Süleymanova bildirib ki, Təhsil Nazirliyi Fövqəladə Hallar Nazirliyi (FHN) ilə birgə reyd keçirməli, regionlarda hələ də qəzalı şəraitdə olan məktəb və bağçaların təmiri məsələsinə baxılmalıdır.

Onun sözlərinə görə, FHN və icra hakimiyyət orqanları qəzalı şəraitdə olan binaların bərpasına dəstək verməlidirlər.

Ombudsman çıxışı zamanı onu da deyib ki, həqiqi hərbi xidmət illərində istifadə edilməmiş məzuniyyətlərə görə ehtiyatda və istefada olan hərbi qulluqçulara kompensasiya verilməsi prosesi tam başa çatdırılmalıdır:

"Hesab edirəm ki, bu, çox vacib məsələdir. Həmçinin mənzil kirayəsinin qiyməti xeyli artdığına görə hərbi qulluqçulara ayrılan kirayə pulunun da artırılması zəruridir”.




Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN