• cümə, 19 Aprel, 10:24
  • Baku Bakı 13°C

Azyaşlını hədələyib 45 min dollar alan şəxslər saxlanıldı

27.10.18 15:30 637
Azyaşlını hədələyib 45 min dollar alan şəxslər saxlanıldı
Bakıda yeniyetmə oğlana hədə-qorxu gələrək külli miqdarda pul alan şəxslər saxlanılıb.
Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, oktyabrın 25-də Binəqədi Rayon Polis İdarəsinə müraciət edən Bakı şəhər sakini N.Ələkbərov yeniyetmə oğluna hədə-qorxu gələn bir neçə nəfərin ondan oktyabrın 4-də 27.000 ABŞ dolları, oktyabrın 5-də isə 18.000 ABŞ dolları aldıqlarını bildirib.
Məlumatla əlaqədar 5-ci Polis bölməsi əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində bu cinayət əməlini törətməkdə şübhəli bilinən 3 yeniyetmə qısa müddətdə müəyyən edilərək saxlanılıb.
Araşdırma aparılır.
banner

Oxşar Xəbərlər