• cümə, 29 Mart, 13:07
  • Baku Bakı 14°C

Azyaşlı qohumunu öldürən şəxs ömürlük həbs edildi

19.11.13 15:18 1834
Azyaşlı qohumunu öldürən şəxs ömürlük həbs edildi
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində xüsusi amansızlıqla qətl hadisəsi törətməkdə təqsirli bilinən Mansur Zülfüqarovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
APA-nın məlumatına görə, prosesdə hökm oxunub. Hökmə əsasən, M. Zülfüqarov ömürlük olaraq azadlıqdan məhrum edilib.
Qeyd edək ki, bu il fevralın 15-də Abşeron rayonunun Ceyranbatan qəsəbə sakini, 2002-ci il təvəllüdlü Pirmurad Pirmuradovun yaşadığı evdən məktəbə gedərkən naməlum şəxsin onu oğurlaması barədə daxil olan məlumat əsasında Abşeron rayon Polis Şöbəsinin İstintaq Bölməsində Cinayət Məcəlləsinin 144.3-cü (adam oğurluğu) maddəsi ilə cinayət işi başlanıb.
Müəyyən edilib ki, Ceyranbatan qəsəbə sakini Mansur Zülfüqarov tamah məqsədi ilə qohumu Pirmurad Pirmuradovu məktəbə gedərkən şəhərə gəzməyə aparmaq adı ilə taksiyə mindirərək paytaxtın Xətai rayonu ərazisinə aparıb və həmin gün saat 18:16 dəqiqədə atası İlqar Pirmuradova zəng edərək oğlunun azad olunması müqabilində ondan 30 min manat pul tələb edib.
Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə İstintaq İdarəsində istintaqı davam etdirilən cinayət işi üzrə prokurorluq və daxili işlər orqanları əməkdaşlarının birgə həyata keçirdikləri təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən M. Zülfüqarov tutularaq istintaqa cəlb olunub.
İstintaq müəyyən edib ki, M. Zülfüqarov ifşa olunmasından ehtiyat edərək P. Pirmuradovu Bakı Metropoliteninin “20 Yanvar” stansiyası yaxınlığında yerləşən yeni tikiliyə aparıb orada aşkar surətdə köməksiz vəziyyətdə olan azyaşlını kapron materialdan olan xamutlu iplə boğaraq qəsdən öldürüb və cinayəti gizlətmək məqsədilə meyiti kisəyə yerləşdirərək Bakı-Sumqayıt magistral şossesinin 17-ci kilometrliyində Ceyranbatan su kəmərinin yaxınlığında olan gölməçəyə atıb.
Prosesdə ifadə verən təqsirləndirilən şəxs elan olunan ittiham üzrə özünü təqsirli bilib.
banner

Oxşar Xəbərlər