• cümə, 29 Mart, 14:02
  • Baku Bakı 14°C

AzTV-nin əməkdaşı yol qəzasında ölüb

25.06.13 13:34 1581
AzTV-nin əməkdaşı yol qəzasında ölüb
“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin (AzTV QSC) əməkdaşı yol qəzasında ölüb.
APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Bakı şəhəri, Suraxanı rayonunda sahibi məlum olmayan "Shacman" markalı yük avtomobili ilə "Hyundai" markalı minik avtomobili toqquşması barədə məlumat daxil olub. Qəza nəticəsində minik avtomobilinin sürücüsü, 1991-ci il təvəllüdlü Etibar Kamil oğlu İsgəndərov aldığı xəsarətdən hadisə yerindəcə dünyasını dəyişib. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə cəsədi avtomobildən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
APA-nın əldə etdiyi məlumata görə, qəza nəticəsində dünyasını dəyişən E. İsgəndərov AzTV-də çalışıb. O, televiziyada texniki işçi olub.
AzTV-dən APA-ya faktı təsdiqləyiblər.
banner

Oxşar Xəbərlər