• cümə, 29 Mart, 12:58
  • Baku Bakı 14°C

AzTU-nun tələbələri XIII Respublika universiadasının qalibləri sırasında

06.03.17 17:15 1530
AzTU-nun tələbələri XIII Respublika universiadasının qalibləri sırasında
Azərbaycan Texniki Universitetinin (AzTU) tələbələri 2 komanda ilə XIII Respublika universiadasında iştirak ediblər. Yarışda AzTU-nu dama üzrə 4, şahmat üzrə isə 5 tələbə təmsil edib.
Dama oyununda birinciliyi əldə etmək üçün ümumilikdə ölkə üzrə universitetlərdən qatılan 15 komanda mübarizə aparıb. AzTU-nun tələbələri bu mübarizədə III yerə layiq görülüblər. I yeri Milli Aviasiya Akademiyasının, II yeri isə Tibb Universitetinin komandaları qazanıb.
Ümumrespublika universitetlərindən 17 komandanın qatıldığı şahmat oyunlarında isə AzTU tələbələri daha böyük uğura imza atıblar. Şahmat oyunlarında AzTU-nun komandası İqtisad Universitetinin komandasına məğlub olaraq ikinci yerdə qərarlaşıb. Şahmat oyunlarında III yeri Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının tələbələri qazanıblar.
XIII Respublika universiadasında AzTU-nu məşqçi-müəllim Aydın Ağayevin rəhbərliyi ilə dama və şahmat oyunlarında Xüsusi texnika və texnologiya (XTT), Avtomatika və kompyuter texnikası(AKT), Maşınqayırma və Nəqliyyat fakültələrinin tələbələri təmsil edib.
Qeyd edək ki, universitetdə idmana olan maraq nəzərə alınaraq və bu istiqamətdə dövlət siyasətinə uyğun olaraq AzTU-nun İdman Sarayı yaxın zamanlarda yüksək səviyyəli təmirdən sonra tələbə və müəllimlərin ixtiyarına veriləcək.
banner

Oxşar Xəbərlər