AzTU-nun SABAH qruplarının tələbəsi “Azercell”-in Təqaüd Proqramının qalibi olub
"Azersell”in 1 oktyabr
2016-cı il tarixində elan etdiyi Tələbə Təqaüd Proqramı üzrə son
seçimlərinin nəticələrini müəyyən edib. Nəticələrə görə Azərbaycan universitetlərində
təhsil alan 27 tələbə "Azersell”in təqaüdçüsü adına layiq görülüb.
Təqaüd Proqramını qazananlardan
biri də AzTU-nun SABAH qruplarının IV kurs tələbəsi Şahin Xəlilovdur. Şahin Xəlilov həm də 2016-cı ilin fevralında Azərcell-in Təcrübə Proqramını
qazanıb və şirkətdə hal-hazırda təcrübə
keçir.
Proqramda qalib gələn
tələbələr ali təhsillərinin sonunadək Azercell şirkətindən 200 AZN məbləğində
aylıq təqaüd almaqla yanaşı, telekommunikasiya sahəsinə dair biliklərini
artırmaq, şirkətin korporativ tədbirlərinə dəvət almaq, müxtəlif təlimlərdə
iştirak etmək və şirkətdə təcrübə keçmək imkanı əldə edəcəklər.
Qeyd edək
ki,Tələbə Təqaüd Proqramının seçimləri iki mərhələli keçirilib. Birinci seçim
mərhələsində (01 noyabr – 10 noyabr, 2016)tələbələrin
onlayn şəkildə təqdim etdikləri ərizələrin və sənədlərin dəyərləndirilməsi,
ikinci mərhələdə (14 noyabr - 27 dekabr,
2016)onların məntiqi və ingilis dili bilikləri yoxlanılıb. Eyni
zamanda tələbələr Azercell-in İQ mütəxəssisləri və digər departamentlərinin
rəhbərləri tərəfindən keçirilən müsahibələrdə iştirak ediblər. Tələbələr
akademik bilikləri, dünyagörüşü, elmə və təhsilə həvəsi və s. meyarlar əsasında
dəyərləndirilib.