AZE | RUS | ENG |


AzTU-nun SABAH qruplarının tələbəsi “Azercell”-in Təqaüd Proqramının qalibi olub

AzTU-nun SABAH qruplarının tələbəsi “Azercell”-in Təqaüd Proqramının qalibi olub
"Azersell”in 1 oktyabr 2016-cı il tarixində elan etdiyi  Tələbə Təqaüd Proqramı üzrə son seçimlərinin nəticələrini müəyyən edib. Nəticələrə görə Azərbaycan universitetlərində təhsil alan 27 tələbə "Azersell”in təqaüdçüsü adına layiq görülüb. 
Təqaüd Proqramını qazananlardan biri də AzTU-nun SABAH qruplarının  IV kurs tələbəsi Şahin Xəlilovdur. Şahin Xəlilov həm də 2016-cı ilin fevralında Azərcell-in Təcrübə Proqramını qazanıb və  şirkətdə hal-hazırda təcrübə keçir. 
Proqramda qalib gələn tələbələr ali təhsillərinin sonunadək Azercell şirkətindən 200 AZN məbləğində aylıq təqaüd almaqla yanaşı, telekommunikasiya sahəsinə dair biliklərini artırmaq, şirkətin korporativ tədbirlərinə dəvət almaq, müxtəlif təlimlərdə iştirak etmək və şirkətdə təcrübə keçmək imkanı əldə edəcəklər. 
Qeyd edək ki,Tələbə Təqaüd Proqramının seçimləri iki mərhələli keçirilib. Birinci seçim mərhələsində (01 noyabr – 10 noyabr, 2016) tələbələrin onlayn şəkildə təqdim etdikləri ərizələrin və sənədlərin dəyərləndirilməsi, ikinci mərhələdə (14 noyabr - 27 dekabr, 2016) onların məntiqi və ingilis dili bilikləri yoxlanılıb. Eyni zamanda tələbələr Azercell-in İQ mütəxəssisləri və digər departamentlərinin rəhbərləri tərəfindən keçirilən müsahibələrdə iştirak ediblər. Tələbələr akademik bilikləri, dünyagörüşü, elmə və təhsilə həvəsi və s. meyarlar əsasında dəyərləndirilib.
 
 


Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0047
GEL 1 Gürcü larisi 0.7028
GBP 1 İngilis funt sterlinqi 2.1763
TRY 1 Türk lirəsi 0.4764
KWD 1 Küveyt dinarı 5.5938
SEK 1 İsveç kronu 0.1919
EUR 1 Avro 1.8492
CHF 1 İsveçrə frankı 1.7091
USD 1 ABŞ dolları 1.7022