• cümə, 29 Mart, 13:05
  • Baku Bakı 14°C

AzTU-nun magistrantı Almaniyada gənclər üçün təşkil olunan təcrübə proqramında iştirak edib

18.11.16 14:03 1055
AzTU-nun magistrantı Almaniyada gənclər üçün təşkil olunan təcrübə proqramında iştirak edib
Azərbaycan Texniki Universitetinin (AzTU) magistrantı Cahid Mikayılov Berlin Avropa Akademiyasının həyata keçirdiyi "Neuland” müsabiqəsi çərçivəsində təşkil olunan təcrübə proqramında iştirak edib. Şərq tərəfdaşlığı ölkələrindən olan gənclər üçün keçirilən müsabiqə Almaniya Xarici İşlər Nazirliyinin dəstəyi il baş tutub.
Proqram müddətində seminarın gündəliyinə uyğun olaraq,müvafiqməruzəçilər tərəfindən sosial sahibkarlıq, innovativ ideyaların inkişaf etdirilməsi, bu ideyalar əsasında layihələrin hazırlanmasımövzular üzrə keçirilən təqdimatlar dinlənilib.Bundan əlavəlayihələrin effektiv şəkildə təqdim edilməsi, kommunikasiya bacarıqlarının layihələrin reallaşdırılmasında rolu, kiçik layihələrə investisiya cəlbikimi məsələlərə də toxunulub.
Seminarda gənclərin innovativ ideyalarının realaşdırılması üçünmaliyyə mənbələrinin müəyyənləşdirilməsindəstrategiyalar və alətlər, qeyri-kommersiya sahəsində onlaynmarketinqvə sosial mediaməsələləri müzakirə olunub.
Səfər zamanıişlənmiş avtomobil şinlərinin təkrar emalı üzrə məsləhətçi-mühəndis olan cənab Kurt Reschner iləgörüşdəkeçirilib. Görüş çərçivəsindəAlmaniyada şin emalı, şinlərdən yeni məhsul istehsalı,həmçinin,emal məhsulundan asfalt hazırlanması və enerji əldə edilməsi məqsədi ilə istifadəkimi aktualmövzularda müzakirələr aparılıb.
Təlim Proqramının sonunda kursu müvəffəqiyyətlə başa vurduğu üçün C.Mikayılova Berlin Avropa Akademiyası tərəfindən sertifikat təqdim edilib.
banner

Oxşar Xəbərlər