• cümə, 29 Mart, 18:02
  • Baku Bakı 14°C

AzTU-nun əməkdaşları İsveçin Upsala Universitetində olublar

06.10.16 17:48 786
AzTU-nun əməkdaşları İsveçin Upsala Universitetində olublar
Avropa Birliyinin "Azərbaycanda doktoranturanın Avropa standartlarına uyğunlaşdırılması” mövzusunda təsdiq edilən Nizami qrant layihəsi iştirakçılarının növbəti toplantısı İsveçin Upsala Universitetində keçirilib. Toplantıda iştirak edən Azərbaycan Texniki Universitetinin (AzTU) nümayəndələri Azərbaycanda texniki sahənin inkişafı, eləcədə bu sahədə tətbiq olunacaq yeniliklərlə bağlı məlumat veriblər. AzTU-nun nümayəndələri avropalı həmkarlarına bildiriblər ki, icra edilən layihə çox önəmlidir. Eyni zamanda Upsala Universitetinin Beynəlxalq ofisinin rəhbəri Glaes Levinson da çıxışında bu layihənin önəminə toxunub. O, bildirib ki, layihə uğurla yerinə yetirilərsə Azərbaycan Elm və Təhsil sisteminin Avropa təhsil sisteminə qoşulması prosesində böyük sıçrayış olacaq.

Daha sonra Layihənin koordinatoru Fransanın Monpelye Universitetinin professoru Montero Veronique çıxış edərək hazırki mərhələdə layihənin uğurla yerinə yetirildiyini bildirib.

Görüşdə Azərbaycan Təhsil Nazirliyinin nümayəndələri Sülhəddin Gözəlov və Vüsalə Qurbanova Azərbaycanda doktoranturanın bugünkü vəziyyəti və gələcəkdə onun Avropa standartlarına uyğunlaşdırılmasının zərurəti barədə ətraflı məlumat veriblər.

Toplantıda AzTU-nun əməkdaşları ilə yanaşı layihədə təmsil olunan digər Azərbaycan universitetlərinin nümayəndələri də iştirak ediblər.

Sonda qruplar üzrə geniş müzakirələr aparılıb və gələcək işlərin planı təsdiq edilib.


banner

Oxşar Xəbərlər