• çərşənbə axşamı, 23 aprel, 23:16
  • Baku Bakı 20°C

AzTU-nun əməkdaşı Əyyub Kərimov Türkiyənin Katib Çələbi Universitetində işgüzar səfərdə olub - Fotolar

22.05.17 13:00 2188
AzTU-nun əməkdaşı Əyyub Kərimov Türkiyənin Katib Çələbi Universitetində işgüzar səfərdə olub - Fotolar
Azərbaycan Texniki Universitetinin (AzTU) İctimai fənlər kafedrasının dosenti Əyyub Kərimov Erasmus-Mövlanə Akademik mübadilə proqramı çərçivəsində 15 gün Türkiyənin İzmir şəhərində yerləşən Katib Çələbi Universitetində səfərdə olub.

Alim universitetlə tanışlıqdan sonra fəlsəfə fənni üzrə tələbə və magistrlara "Müasir fəlsəfi nəzəriyyələr", "Siyasət fəlsəfəsi”, "Fəlsəfədə idrak problemi” mövzularında mühazirələr oxuyub. Mühazirələri çox böyük maraqla qarşılanan Əyyub Kərimov tələbələrə Azərbaycanın multikulturalizm modeli haqqında da məlumat verib.

Bundan əlavə, alim "Qafqazşünaslıq” üzrə görkəmli mütəxəssis, professor Haktan Birselin dəvəti ilə "Azərbaycan-erməni münasibətləri tarixi faktlar işığında” mövzusunda geniş auditoriya qarşısında çıxış edib.
Əyyub Kərimov səfər çərçivəsində İzmirin Türkan-Saylan Mədəniyyət Mərkəzində ali məktəblərdə fəlsəfə fənni tədris edən alimlərin toplantısında da iştirak edib. Toplantıda filosoflar qarşılıqlı fikir mübadiləsi aparıblar.

Səfər zamanı İzmir Televiziyasının "Gündəm özəl” proqramının qonağı olan Əyyub Kərimov Azərbaycan həqiqətləri haqqında geniş məlumat verib.

Qeyd edək ki, qarşılıqlı təcrübə mübadiləsi baxımından və tədrisə fərqli yanaşmalar kontekstindən xeyli dərəcədə faydalı olan bu cür səfərlər müxtəlif beynəlxalq təhsil layihələri çərçivəsində, həmçinin AzTU-nun öz hesabına mütəmadi olaraq həyata keçirilir.




banner

Oxşar Xəbərlər