• cümə, 19 Aprel, 04:38
  • Baku Bakı 18°C

AzTU-nun dosenti Aşqabadda keçirilən konfransda çıxış edib

15.11.16 18:59 1060
AzTU-nun dosenti Aşqabadda keçirilən konfransda çıxış edib
Türkmənistanın paytaxtı Aşqabad şəhərində "Təhsil və idman problemləri” mövzusunda konfrans keçirilib. 52 ölkədən nümayəndələrin qatıldığı konfransda Azərbaycan Texniki Universitetinin (AzTU) əməkdaşı Əyyub Kərimov da iştirak edib. AzTU-nun "İctimai fənlər” kafedrasının dosenti Əyyub Kərimov "Ali məktəblərdə tədris materiallarının mənimsənilməsinin yüksəldilməsində müəllimin rolu (müasirlik kontexsində)” adlı məruzə ilə çıxış edib. İştirakçıların böyük marağına səbəb olan məruzədə pedaqoji sahədə yeni yanaşma etiva olunur. Konfrans iştirakçıları Əyyub Kərimov sözügedən məruzəsindən yararlanmaq niyyətində olduqlarını bəyan ediblər.

Konfransdan sonra təşkilat komitəsinin təşəbüsü ilə Azərbaycan nümayəndə heyyəti Türkmənistanın müxtəlif Ali məktəblərində işgüzar görüşlər keçirib və ölkəmizdə baş verən elmi naliyyətlər haqqında iştirakçılara geniş məlumat veriblər.

Qeyd edək ki, azərbaycanlı nümayəndələrin iştirakı Təhsil Nazirliyi tərəfindən kordinasiya olunub və konfransda AMEA-nın Mədəniyyətşünaslıq və dini fəlsəfi problemlər şöbəsinin müdiri Sakit Hüseynov və Təhsil Nazirliyinin nü3mayəndəsi Hilal Salmanov da iştirak edib.


banner

Oxşar Xəbərlər