• cümə, 29 Mart, 01:39
  • Baku Bakı 7°C

AzTU ilə Ümumrusiya Metroloji Xidmət Elmi-Tədqiqat İnstitutu arasında saziş imzalanıb

16.06.16 17:24 1320
AzTU ilə Ümumrusiya Metroloji Xidmət Elmi-Tədqiqat İnstitutu arasında saziş imzalanıb
Sazişi Azərbaycan Texniki Universitetinin rektoru, professor Havar Məmmədovla Ümumrusiya Metroloji Xidmət Elmi-Tədqiqat İnstitutunun direktoru, professor Kuzin Aleksandr imzalayıblar.

Rektor Havar Məmmədov sazişin hər iki tərəf üçün faydalı olacağını, eyni zamanda metroloji sahədə biliklərin daha da dərinləşməsinə zəmin yaradacağını bildirib.

Professor Kuzin Aleksandr isə rəhbərlik etdiyi institut alimlərinin AzTU-nu yaxından izlədiklərini, burada görülən işləri yüksək qiymətləndirdiklərini qeyd edib.

Sazişdə bir neçə sahə üzrə sıx əməkdaşlıq nəzərdə tutulub. Bunlara əsasən qarşılıqlı kadr hazırlığı, informasiya mübadiləsi, elmi-tədqiqat işlərinin birgə aparılması kimi mühüm məsələlər daxildir.

AzTU-nun Metrologiya və standartlaşdırma kafedrasının uzun zamandır ki, həyata keçirdiyi qarşılıqlı əməkdaşlıqdan doğan sazişin qısa zamanda böyük nəticələrə yol açacağı gözlənilir. Universitetdə mövcud olan maddi-texniki baza rusiyalı alimlərin böyük marağına səbəb olub. Elmi-tədqiqat işlərinin daha da genişləndirilməsi üçün yeni alınmış Hexagon Tigo 3D həndəsi ölçmə maşının MDB məkanında analoqu olmadığı üçün hər iki ali təhsil müəssisəsi üçün mühüm əhəmiyyət kəsb etdiyi vurğulanıb və rusiyalı alimlərin həmin maşınla işləməsi təmin olunacağı bildirilib.



banner

Oxşar Xəbərlər