• cümə axşamı, 25 aprel, 12:42
  • Baku Bakı 23°C

AzTU ilə Almaniyanın Xemnitz Texniki Universiteti arasında əlaqələr genişləndirilir

21.10.16 15:47 2500
AzTU ilə Almaniyanın Xemnitz Texniki Universiteti arasında əlaqələr genişləndirilir
Azərbaycan Texniki Universitetinin (AzTU) Maşınqayırma fakültəsinin Almaniyanın müxtəlif Texniki Universitetləri ilə əməkdaşlığı uğurla davam etdirilir.
Maşınqayırma fakültəsinin dekanı, dos. Ə.S.Məmmədov bu günlərdə "Xemnitz şəhərində Metalkəsən dəzgahların universitet tədqiqi və tədrisinin 60 illiyi” ixtisas-konfransında iştirak etmək üçün Almaniyanın Xemnitz Texniki Universitetinin Metalkəsən dəzgahlar və istehsal prosesləri İnstitutunda olub.
Səfər zamanı AzTU ilə Xemnitz TU arasında əməkdaşlığın inkişaf perspektivləri və iş planı da müzakirə edilib.
Professor-müəllim, əməkdaş və tələbələrin mübadiləsi, AzTU və Xemnitz TU-nin iştirakı ilə elmi-texniki konfransların, elmi, tədris-metodiki seminarların və yay məktəblərinin keçirilməsi məsələlərinin vacibliyi vurğulanıb.
Əldə olunan razılaşmaya əsasən, Xemnitz TU-nin Metalkəsən dəzgahlar və istehsal prosesləri İnstitutunun idarəedici direktoru, prof. Andreas Hirş bu tədris ilində 1 həftə müddətində AzTU-da olacaq və fakültənin tədrisin bakalavriat və magistratura səviyyələrində təhsil alan tələbələr, doktorantlar və əməkdaşlar üçün müasir metalkəsən dəzgahlar, istehsal prosesləri, virtual və innovativ texnologiyalar sahəsində mühazirələr oxuyacaqdır.
banner

Oxşar Xəbərlər