AzTU-da ulu öndər Heydər Əliyevin anım tədbiri keçirilib
Azərbaycan Texniki
Universitetində (AzTU) ulu öndər Heydər Əliyevin anım tədbiri keçirilib.
Əvvəlcə tədbir
iştirakçıları Ulu Öndərin universitetdəki büstü önünə gül dəstələri düzüb,
ümumilli liderin xatirəsinə etiramlarını bildiriblər.
Daha sonra AzTU-dakı Heydər Əliyev
Mərkəzinə baxış keçirilib. Burada Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən
foto stendlərlə tanışlıq olub. Universitetin rektor əvəzi Xalıq Yahudov
ümumilli lider Heydər Əliyevin AzTU-ya səfərini əks etdirən foto stenddə baxış
zamanı universitet əməkdaşlarının tarixi şəxsiyyətlə görüşünü yadda salıb.
Dəyirmi masa ətrafında davam
etdirilən anım tədbirində çıxış edən Xalıq Yahudov ümumilli liderin Azərbaycan
dövlətinin güclənməsi, mədəniyyətimizin təbliği, gələcək nəsillərin savadlı
olması üçün təhsil sahəsinə göstərdiyi qayğı və diqqətdən danışaraq bildirib
ki, Heydər Əliyev fenomeni XX əsrdə xalqımızı çox böyük bəlalardan
qoruyub. X.Yahudov Ulu Öndərin Azərbaycan
dili ilə bağlı həsaslığına diqqət çəkərək qeyd edib ki, SSRİ dövründə Azərbaycanda
siyasi elita Heydər Əliyevin hakimiyyətə gəlməsinə qədər ana dilində danışmağı
özlərinə ar hesab edirdilər. Lakin Ulu Öndərin siyasi toplantılarda, respublika
və ittifaq səviyyəli tədbirlərdə ana dilində çıxışı hər kəsi dilmizə hörmətlə
yanaşmağa vadar etdi, Azərbaycan dilinin öyrənilməsinə, genişlənməsinə şərait
yaratdı.
Tanınmış publisist, Azərbaycan
Yazıçılar Birliyinin üzvü, diplomat Xeyrəddin Qoca isə çıxışında Ulu Öndərin
müstəqilliyimizin ilk illərində dövlətçilik üçün göstərdiyi misilsiz xidmətlərdən
danışıb. X. Qoca qeyd edib ki, ümumilli lider Heydər Əliyev bütün sahələrin
inkişafı üçün çox böyük xidmətlər göstərib. Onun gərgin fəaliyyətinin bir çox
sferada göründüyünü deyən X.Qoca bildirib ki, müstəqil Azərbaycan ulu öndər
Heydər Əliyevin şah əsəridir. Vurğulanıb ki, ümummilli lider Heydər Əliyevin
layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi
altında ölkəmiz həyatımızın bütün sahələrində böyük uğurlar, nailiyyətlər
qazanır.
AzTU-nun "Azərbaycan dili və
pedoqojikası” kafedrasının müdiri Həbib Mirzəyev və universitetin YAP Gənclər təşkilatının
əlaqələndiricisi Əsmər Nəbiyeva da Ulu Öndərlə bağlı təsüratlarını bölüşüblər,
ümumilli liderin gənc nəslin inkişafı üçün qoyduğu mirasdan danışıblar.
Sonda Ulu Öndərin həyat və fəaliyyətindən
bəhs edən film nümaiş etdirilib.