AzTU-da “Tvinninq” layihəsi çərçivəsində görüş keçirilib
"Tvinninq” layihəsi çərçivəsində Azərbaycan
Respublikasının üç ali təhsil müəssisəsində pilot qiymətləndirmələrin
aparılması nəzərdə tutulur. Bununla bağlı olaraq Təhsil Nazirliyinin nümayəndələrinin,
müxtəlif universitetlərdən təmsilçilərin və avropalı qonaqların iştirakı ilə Azərbaycan
Texniki Universitetində görüş keçirilib.
Məşvərətçi qrup görüş iştirakçılarına "Azərbaycan
Ali Təhsilində Keyfiyyətin Təminatı üzrə Standartlar və Təlimatlar” adlı sənəd
təqdim edib. Ali təhsil sisteminin Avropa ali təhsil məkanına daha da
uyğunlaşdırılması məqsədilə hazırlanan sənəd geniş müzakirə olunub.
Avropalı qonaqlar, Finlandiya Təhsilinin Qiymətləndirilməsi
Mərkəzinin Ali Təhsil Şöbəsinin rəhbəri Helka Kekalainen və Estoniya Ali və Peşə
Təhsilində Keyfiyyətin Təminatı üzrə Agentliyin direktoru Heli Mattisen tətbiq
olunacaq standartlardan danışıblar.