AzTU-da Şəhidlərin anım günü keçirilib
Azərbaycan Texniki Universitetində (AzTU)
universitetin fevral ayında anadan olan Şəhid məzunlarının anım günü keçirilib.
Tədbirdə AzTU-nun prorektoru İsa Xəlilov, Şəhidlərin
valideyinləri, qohumları, müəllimlər və tələbələr iştirak edib.
İştirakçılar əvvəlcə universitetin Şəhid məzunlarının
xatirəsinin əbədiləşdirmək üçün yaradılan abidə kompleksi önünə gül dəstələri
düzüb, Vətən uğrunda canını fəda edən igidlərin ruhları qarşısında etiramlarını
bildiriblar.
Anım tədbiri AzTU-nun Milli Qəhrəmanlar və Şəhidlər
Muzeyində davam etdirilib.
Prorektor İsa Xəlilov çıxış edərək bildirib ki,
Birinci Qarabağ döyüşlərində, həmçinin, ondan sonrakı dövürlərdə sabitliyin bərpa
olunması və Azərbaycanın müstəqilliyinə qarşı müxtəlif qəsdlərin qarşısını
almaq məqsədi ilə, xüsusi ilə 2016-cı ilin aprel ayında baş verən döyüşlərdə
AzTU-nun yüzlərlə məzunu, təhsilini yarımçıq qoyaraq döyüşə atılan əbədi tələbələri Şəhid olub. Prorektor
qeyd edib ki, Şəhidlərin yadd edilməsini, təbliğ olunmasını özünə müqəddəs borc
bilən AzTU-nun rəhbərliyi bir ənənə olaraq universitetdə onların ad günlərini təşkil
edir. Bu ay universitetimizin tələbəsi olmuş 3 Şəhidin - Əliyev Elşad Hacıbaba
oğlunun, Mirzəyev Elvin Azadxan oğlunun və Milli Qəhrəman Hüseynov Elman
Süleyman oğlunun ad günü olduğunu bildirən İsa Xəlilov deyib ki, Vətənin müdafiəsi
üçün canından keçən bu igidlər Azərbaycan xalqının, o cümlədən AzTU-nun müəllimlərinin,
tələbələrinin yaddaşlarında daima yaşayacaqlar.
Daha sonra Şəhid
Əliyev Elşad Hacıbaba oğlunun anası Flora Əliyeva, AzTU-nun Aprel döyüşlərində
həlak olan məzunu, Şəhid Axundov Əbdülməcid Nadirşah oğlunun anası Ceyran
Axundova çıxış edərək övladları ilə bağlı xatirələrini bölüşüblər.
AzTU-nun Milli Qəhrəmanlar
və Şəhidlər Muzeyinin təsiçisi Zöhrə Məmmədova tədbirdə iştirak etmək üçün
universitetə gələn Şəhid analarına təşəkkürünü bildirib və qeyd edib ki,
qarşıdakı aylarda da uyğun olaraq digər Şəhidlərimizin anım günləri qeyd olunacaq.