• cümə axşamı, 28 mart, 23:18
  • Baku Bakı 13°C

AzTU-da plagiatlıqla bağlı seminar keçirilib - Fotolar

27.10.16 15:31 737
AzTU-da plagiatlıqla bağlı seminar keçirilib - Fotolar
Azərbaycan Texniki Universitetində (AzTU) müəllif hüquqlarının qorunması və sistemli təşkili üçün seminar keçirilib.

Seminarı giriş sözü ilə açan Universitetin elm və texnika üzrə prorektoru, professor İlham Pirməmmədov bu sahədə real addımların atılmasının vacib olduğunu bildirib. Prorektor onu da əlavə edib ki, Təhsil Nazirliyinin, Müəllif Hüquqları Agentliyinin və universitetlərin birgə toplantısında da bu məsələnin zərurəti diqqətə çatdırılıb və qərara alınıb ki, ali təhsil müəssisələri bu sahədə peşəkar xidmət təklif edən şirkətlərlə əməkdaşlıq etsinlər. Professor İlham Pirməmmədov deyib ki, AzTU müəllif hüquqlarının qorunması üçün bundan sonra Polşa şirkəti olan "Plagiat” MMC ilə əməkdaşlıq edəcək.

Şirkətlə əməkdaşlıq çərçivəsində Universitetdə struktur formalaşdırılıb. AzTU-nun əməkdaşlarından ibarət olan struktura sistem administratoru və hər kafedra üzrə bir sistem operatoru daxildir. Müəlliflər öz işlərini həmin operatorlara təqdim edərək yaradılan komissiyadan orijinallıqla bağlı rəy aldıqdan sonra müdafiəyə buraxılacaq.

"Plagiat” MMC-nin seminarda iştirak edən əməkdaşları - icraçı menecer Xəyalə Abdullayeva və koordinator Aygün Məmmədli çıxışlarında bildiriblər ki, elmi işlərdə orijinallığın təmin edilməsi ilə keyfiyyətin artırılmasına hədəflənən əməkdaşlıq üçün şirkətin bazasında bütün ali məktəblərdən materiallar toplanılacaq. Bundan əlavə oxşarlığın olub-olmadığını müəyyən etmək üçün sistem internet resurslarını da yoxlayacaq.

Sistem vasitəsi ilə müəlliflərin işlərinin birinci yoxlanışı ödənişsiz, ikinci və daha sonrakı yoxlanışları ödənişli olacaq.



banner

Oxşar Xəbərlər