• çərşənbə axşamı, 23 aprel, 15:54
  • Baku Bakı 24°C

AzTU-da “Network Training Center” şirkətinin təqdimatı keçirilib - Fotolar

26.10.16 14:45 912
AzTU-da “Network Training Center” şirkətinin təqdimatı keçirilib - Fotolar
Azərbaycan Texniki Universitetində professional IT təlim mərkəzlərindən biri olan "Network Training Center”ın təqdimatı keçirilib. AzTU-nun İKT departamentinin təşkilatçılığı ilə keçirilən görüşdə "Network Training Center”ın rəhbəri Teymur Əzizov mərkəz haqqında geniş məlumat verib. Teymur Əzizov bildirib ki, rəhbərlik etdiyi mərkəz 2014-cü ildə təsis edilib. Mərkəzdə İT sahəsinə aid demək olar ki, bütün istiqamətlər üzrə kurslar təşkil olunub. Qabaqcıl texnologiyalardan yaralanan şirkətin məqsədi IT sahəsində peşəkar olmaq istəyən gənclərə kömək etmək, onlara düzgün karyera seçimində və inkişafında dəstək olmaqdır.

Görüş zamanı vurğulanıb ki, Texniki Universitetin kurslara qatılmaq istəyən tələbələrinə xüsusi güzəştlər ediləcək.

Bundan əlavə "Cisco”, "Microsoft”, "Unix/Linux”, "Oracle” kimi vendorların məhsulları haqqında təlimlər həyata keçiriləcək.

Öz nöbəsində AzTU-nun İKT departamentinin direktoru Azər İmaquliyev də İT sahəsində aktiv olan tələbələrin Universitetdə işlə təmin olunmasında maraqlı olduqlarını və tələbələr üçün praktik imkanlar yaradılacağını bildirib.


banner

Oxşar Xəbərlər