• çərşənbə axşamı, 19 mart, 06:53
  • Baku Bakı 8°C

AzTU-da magistr olmaq istəyən tələbələrə böyük fürsət yaradılıb

27.04.17 13:50 3295
AzTU-da magistr olmaq istəyən tələbələrə böyük fürsət yaradılıb
Azərbaycan Texniki Universitetində (AzTU) magistraturaya hazırlaşan tələbələrlə və onların hazırlığı ilə məşğul olan professor-müəllim heyətilə görüş keçirilib. Görüşdə AzTU-nun rektor əvəzi Xalıq Yahudov universitetdə magistrlar üçün yaradılan hazırlıq kurslarından danışıb. Rektor əvəzi bildirib ki, universitetin təşkil etdiyi kurslarda təmənnasız olaraq hazırlaşan həmin tələbələrin 87%-i magistratura imtahanının birinci mərhələsini keçməyə müvəffəq olub.

Dövlət İmtahan Mərkəzindən (DİM) universitetə təqdim olunan nəticələrdə göstərilir ki, AzTU-dakı kuslarda hazırlaşan və imtahan verən 567 tələbədən 496-ı müsabiqənin I mərhələsini keçib.

Universitetdə bu il ilk dəfə olaraq müsabiqənin II mərhələsi üçün də hazırlıqlar həyata keçiriləcək. Bunun üçün artıq, müvafiq kafedralara tapşırıq verilib ki, magistratura imtahanlarının növbəti mərhələsinə kimi I mərhələdə keçid balını toplayan tələbələrlə iş aparılsın.

İclasda o da qeyd olunub ki, I mərhələyə hazırlıqda olduğu kimi II mərhələyə hazırlıq prosesində də tələbələrin bilik səviyyəsinin müəyyən edilməsi üçün bir neçə dəfə diaqnostik qiymətləndirmə aparılacaq.

Qeyd edək ki, AzTU-da təşkil olunan hazırlıq kurslarında rəsmi müraciətlə və Təhsil Nazirliyinin xətti ilə kənar ali təhsil müəssisələrinin tələbələri də hazırlıq keçə bilər. Builki kurslara Azərbaycan Dövlət Dəniz Akademiyasının 2 tələbəsi qatılıb və magistratura imtahanının I mərhələsində müvəffəqiyyət qazanıb.


banner

Oxşar Xəbərlər