• çərşənbə axşamı, 23 aprel, 10:19
  • Baku Bakı 20°C

AzTU-da LMPH TEMPUS layihəsi üzrə monitorinq keçirilib

13.10.16 16:11 1248
AzTU-da LMPH TEMPUS layihəsi üzrə monitorinq keçirilib
Azərbaycan Texniki Universitetində (AzTU) bu ali məktəbin əlaqələndiriciliyi ilə yerinə yetirilən, Avropa Birliyinin "Gürcüstan, Azərbaycan və Moldovada turizm sənayesinin inkişafı üçün mehmanxana menecmenti üzrə bakalavr-magistr hazırlığı” (544191-TEMPUS-1-2013-IPT-TEMPUS) layihəsi üzrə monitorinq keçirilib.

Layihədə iştirak edən tərəfdaşlarla birgə keçirilən monitorinqi Milli Erasmus+ bürosunun sədri Pərviz Bağırov təşkil edib.

Layihənin regional texniki direktoru, AzTU-nun professoru, Əməkdar Elm Xadimi Həsən Hüseynov görülən işlərin nəticələrini qeyd edərək bildirib ki, layihə çərçivəsində 30 xarici ölkənin ali məktəbləri, 34 beynəlxalq təşkilat və şəbəkə ilə əlaqələr qurulub, müvafiq əməkdaşlıq müqavilələri imzalanıb.

Çıxışlarda qeyd olunub ki, layihə çərçivəsində turizm infrastrukturunun inkişafı, beynəlxalq standartlara uyğun turizm xidmət sahələri dairəsinin genişləndirilməsi və bu sahədə rəqabətin artırılması istiqamətində keçirilən tədbirlər uğurla başa çatıb.

Fransanın GIP FIPAG şirkətinin beynəlxalq əlaqələr departamentinin aparıcı mütəxəssisi Jan Noel Pachoudun iştirakı ilə keçirilən monitorinqdə layihədə iştirak edən tərəfdaş qurumların - Azərbaycan Respublikası Təhsil Nazirliyi, Azərbaycan Texniki Universiteti, Azərbaycan Turizm və Menecment Universiteti, Mingəçevir Turizm Kolleci və "New Baku” otelinin əməkdaşları iştirak ediblər.

Toplantıda üç il ərzində layihə çərçivəsində görülən işlərin nəticələri barədə məlumat verilib, görüləcək işlərin strateji planı müzakirə olunub.

banner

Oxşar Xəbərlər