AzTU-da “Fitnə” adlı sənədli filmin nümaişi olub
Azərbaycan Texniki Universitetində Dini Qurumlarla
İş üzrə Dövlət Komitəsinin sifarişi ilə hazırlanan "Fitnə” adlı sənədli filmin
nümaişi olub.
Filmin nümayişindən sonra "Fitnə” ətrafında müzakirələr
aparılıb.
AzTU-nun rektoru, professor Havar Məmmədov bu cür
filmlərin gənclərin maarifləndirilməsi istiqamətindəki əhəmiyyətindən danışıb.
Tədbirdə iştirak edən Dini Qurumlarla İş üzrə Dövlət
Komitəsinin sədr müavini Səyavuş Heydərov bildirib ki, Dini radikalizmlə
mübarizə çərçivəsində respublikanın bütün bölgələrində regional konfranslar təşkil
olunur, çoxsaylı seminarlar, görüşlər keçirilir, həmçinin müxtəlif kitab və digər
çap materialları nəşr edilərək yayılır. Lakin aparılan təhlillərin nəticəsi təsdiqləyib ki, dini
radikalizmin fəsadlarını cəmiyyətin bütün təbəqələrinə çatdırmaq və insanları məlumatlandırmaqla
onları bu mübarizəyə cəlb etmək üçün peşəkar səviyyədə sənədli filmin çəkilməsinə
ciddi ehtiyac var. Bu səbəbdən də Dövlət Komitəsi dini radikalizmlə mübarizə çərçivəsində
radikalizmlə mübarizənin dini, psixoloji, hüquqi, siyasi və mənəvi tərəflərinin
işıqlandırıldığı "Fitnə” adlı sənədli film hazırlayıb.
Filimdə dini radikalizmin qurbanı olmuş insanların,
eləcə də cinayət məsuliyyətinə cəlb edilmiş şəxslərin timsalında bu problemin cəmiyyət
və dövlətimiz üçün nə qədər təhlükəli olduğu dolğun şəkildə açıqlanır. Eyni
zamanda, Azərbaycanda dinlər, məzhəblər arasında tarixən mövcud olmuş birlik və
bərabərlik, xalqımızın tolerantlıq keyfiyyətləri, dövlətin bu sahədə həyata keçirdiyi
siyasətin mahiyyəti qısa, lakin aydın şəkildə işıqlandırılır.