AzTU-da əməkhaqları artırıldı

Azərbaycan Texniki Universitetində (AzTU) əməkhaqları
minimum 50 AZN artırılıb. Əməkdaşlardan bəzilərinin maaşı 100 AZN-ə kimi yüksəldilib
ki, bu da universitet rəhbərliyinin işində müvəffəqiyyət qazanan işçilərin
sosial vəziyyətinin yaxşılaşdırılması qərarı ilə bağlı olub. Ölkənin
sosial-iqtisadi siyasətinə uyğun olaraq universitetin Elmi Şurasında qəbul edilən
qərar 700-ə yaxın əməkdaşa şamil edilib.
Əməkhaqlarının artırılması ilə bağlı qərarın əhatə
etdiyi əməkdaşlar sırasına professor-müəllim heyəti və inzibati işçilər daxil
edilməyib. Bu da AzTU-da professor-müəllim heyəti və inzibati işçilərin maaşlarının
daha əvvəl yüksəldilməsi ilə əlaqədardır.
