• cümə, 29 Mart, 17:30
  • Baku Bakı 14°C

AzTU-da beynəlxalq elmi-texniki konfrans keçiriləcək

22.09.16 16:00 1130
AzTU-da beynəlxalq elmi-texniki konfrans keçiriləcək
28-30 sentyabr 2016-cı ildə Azərbaycan Texniki Universitetində (AzTU) «Maşınqayırmada intellektual texnologiyalar» mövzusunda beynəlxalq elmi-texniki konfrans keçiriləcək. Konfransda iştirakçılar üçün qabaqcıl elmi təcrübələrin mübadiləsi, elmi əlaqələrin və əməkdaşlığın genişləndirilməsi imkanı yaranacaq.
Beynəlxalq Konfransın işi 8 bölmə üzrə təşkil olunacaq. Maşınqayırma sahəsinin prioritet məsələlərini əhatə edən bölmələrə "İntellektual idarəetmə sistemləri”, "Avtomatlaşdırılmış layihələndirmə və ekspert sistemləri”, "Maşınların layihələndirilməsində innovativ metodlar”, "Maşınqayırmada keyfiyyət: problemlər və perspektivlər”, "Yeni kompozisiya materiallarının materialşünaslığı və metallurgiyası”, "Bərk cisim, maye və qaz mexanikasının problemləri”, "Logistik sistemlər”, "Təhsildə intellektual texnologiyalar və resurslar” daxildir. Həmin bölmələr üzrə artıq 240 məqalə təşkilat komitəsinə təqdim olunub.
3 gün davam edəcək konfransda çox sayda tanınmış alimin və nüfuzlu qonağın iştirakı gözlənilir. Qonaqlar arasında Almaniya, Rusiya, Türkiyə və Ukraynadan olan elm adamları çoxluq təşkil edir. Həmçinin böyük zavod və müəsisə rəhbərləri, maşınqayırma sahəsi ilə maraqlanan iş adamları da konfransa dəvətlidi.
banner

Oxşar Xəbərlər