• şənbə, 20 Aprel, 13:59
  • Baku Bakı 23°C

AzTU-da Almaniya ali təhsilinin təqdimatı keçirilib

25.04.18 14:30 447
AzTU-da Almaniya ali təhsilinin təqdimatı keçirilib
Azərbaycan Texniki Universitetinin (AzTU) tələbələri üçün "WORLD LANGUAGE CENTER” şirkətinin nümayəndələri tərəfindən Almaniya ali təhsilinin təqdimatı keçirilib.
Təqdimatda AzTU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, professor Sübhan Namazov tələbələrə Almaniya ali təhsili haqqında qısa məlumat verərək qeyd edib ki, azərbaycanlı tələbələr Avropada, xüsusi ilə də Almaniyada təhsil almaq imkanına malikdirlər. Sübhan Namazov bildirib ki, son illər ölkələrimiz arasında yaranan qarşılıqlı dostluq münasibətləri azərbaycanlı gənclərə Almaniyada təhsil almağa və bu ölkədə uğurlu karyera qurmağa geniş imkan yaradıb. Prorektor qeyd edib ki, AzTU-nun dünyanın bir sıra universitetləri, o cümlədən Avropa, Amerika Birləşmiş Ştatları, Türkiyə, Müstəqil Dövlətlər Birliyi və Şərqi Asiya ölkələrinin universitetləri ilə mövcud olan qarşılıqlı əməkdaşlıq əlaqələri tələbələrin mübadilə proqramlarında iştirak etməsinə də şərait yaradıb. Həmçinin, son illər universitetlər arasında imzalanan ikili diplom müqavilələri çərçivəsində bəzi ixtisaslara dair dünyanın qabaqcıl universitetlərinin diplomlarına yiyələnmə imkanının yarandığını deyən professor Sübhan Namazov, bundan sonra da AzTU-nun müasir, inkişaf etmiş elm-təhsil prosesinə inteqrasiyasının sürətləndirilməsi üçün önəmli addımlar atılacağını bildirib.
Daha sonra "WORLD LANGUAGE CENTER” şirkətinin nümayəndəsi İsmayıl Qədimli Almaniya universitetlərinə qəbulun qayda və şərtləri haqqında tələbələrə ətraflı məlumat verib. Qeyd olunub ki, Almaniyada bakalavr təhsili ödənişli əsaslarla həyata keçirilir. Bununla belə, magistr və doktorantura səviyyələri üzrə təhsil almaq arzusunda olan gənclər bəzi təqaüd proqramlarından yararlana bilərlər.
Tədbirin sonunda tələbələri maraqlandıran mövzular ətrafında müzakirələr aparılıb və onların sualları cavablandırılıb.
banner

Oxşar Xəbərlər