AzTU-Berkli timsalında Amerika-Azərbaycan elmi əlaqələri

Azərbaycan Texniki Universiteti (AzTU) ilə Amerika Birləşmiş
Ştatlarının (ABŞ) Kaliforniya Ştatında yerləşən Berkli Universiteti arasında əməkdaşlıq memorandumu
imzalanıb.
Berkli Universitetinin kansleri Nicolas Dick və AzTU-nun rektor əvəzi Xalıq Yahudov tərəfindən imzalanan memorandum
iki ali təhsil müəssisəsi arasında geniş əməkdaşlıq perspektivi yaradıb.
2017-2022-ci illəri əhatə edən memorandum çərçivəsində AzTU-nun professor-müəllim
heyəti və tələbələri Berkli Universitetində
elmi-tədqiqat işləri aparmaq və təhsil almaq şansını qazanıblar.
Bundan əlavə memorandumda universitetlər arasında mədəni və elmi
tədbirlərdə, konfranslarda qarşılıqlı iştirak, geniş təcrübə mübadiləsi kimi məsələlər
də nəzərdə tutulub.
Memorandumun koordinatoru, AzTU-nun dosenti Şahnaz Şahbazova
bildirib ki, AzTU Berkli Universiteti ilə əməkdaşlıq memorandumu imzalamış ilk
Azərbaycan universitetidir.
Hərtərəfli
inkişaf etmiş, yüksək idarəetmə mexanizminə malik, nüfuzlu elm və təhsil müəssisəsi
olan Berkli Universiteti ilə qurulacaq əlaqələr
Azərbaycanda ixtisaslı mühəndis kadrların
hazırlanması işində mühüm addım hesab edilir.
Qeyd
edək ki, Berkli Universiteti məşhur həmyerlimiz, böyük elm adamı Lütvü Zadənin
çalışdığı Universitetdir.
