AZE | RUS | ENG |

Aztəminatlı ailələrə Novruz bayramı sovqatı paylanıb

Aztəminatlı ailələrə Novruz bayramı sovqatı paylanıb
"Veysəloğlu” Qrup Qarabağ veteranları, şəhid və aztəminatlı ailələrə Novruz bayramı sovqatı paylayıb.
Trend-in məlumatına görə, "Veysəloğlu” Şirkətlər Qrupu Novruz bayramı ərəfəsində özünün Korporativ Sosial Məsuliyyət (KSM) proqramı çərçivəsində aztəminatlı ailələr və sosial qayğıya ehtiyacı olan vətəndaşlarla görüş keçirib. Belə ki, "Veysəloğlu” Qrupa daxil olan "Veysəloğlu” MMC, Ulduz şokolad fabriki, Araz Supermarketlər şəbəkəsi, həmçinin OBA marketlər şəbəkəsi Qızıl Aypara Cəmiyyəti, "Müharibə, Əmək və Silahlı Qüvvələr” İctimai Birliyinin Nizami rayonu, "Əlil və Veteranlar” İctimai Birliyinin Abşeron rayonu, "Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri” İctimai Birliyinin Nizami və Yasamal rayonu bölmələri, "Bakı Müharibə Əlil və Veteranlar” İctimai Birliyinin üzvləri, Binəqədi və Nizami Rayonu İcra Hakimiyyətinin qeydiyyatında olan bir qrup veteranlara, şəhid və aztəminatlı ailələrə müxtəlif ərzaq məhsullarından ibarət bayram sovqatı təqdim edib. Görüşlər Araz Supermarketlər və OBA marketlər şəbəkələrinin qarşısında baş tutub.

Qeyd edək ki, Veysəloğlu Şirkətlər Qrupu ənənəvi olaraq bütün bayramlarda 500-ə yaxın sosial qayğıya ehtiyacı olan ailələrlə görüş keçirir, onları bayram ərzağı ilə təmin edir.



Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9396
GEL 1 1 Gürcüstan larisi 0.6061
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1676
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1832
CHF 1 1 İsveçrə frankı 1.753
KWD 1 1 Küveyt dinarı 5.6058
TRY 1 1 Türkiyə lirəsi 0.2933