• cümə axşamı, 28 mart, 23:34
  • Baku Bakı 13°C

Azsaylı xalqlar arasında azərbaycançılıq təbliğ olunur

13.06.19 17:38 610
Azsaylı xalqlar arasında azərbaycançılıq təbliğ olunur
"Kamillik” Vətəndaşların Hüquqi Maarifləndirilməsi İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirdiyi "Azərbaycançılıq ideologiyasının təbliği istiqamətində silsilə tədbirlərin keçirilməsi” layihəsi çərçivəsində Cəlilabad rayonu Privolnoye kəndinin Mədəniyyət Evində yerli əhali, rus və yəhudi icması nümayəndələrinin iştirakı tədbir keçirib.
İB-dən Azadinform-a verilən məlumata görə, tədbirdə azsaylı xalqlar arasında azərbaycançılığın təbliği məsələləri istiqamətində çıxışlar dinlənilib, fikir mübadiləsi aparılıb.
Pirivolnoye kənd icra nümayəndəsi Ələsgər İmanovərazidə yaşayan azsaylı rus və yəhudi icması haqqında qısa məlumat verib. Ə.İmanov qeyd edib ki, azsaylı xalqlar arasında azərbaycançılığın təbliği istiqamətində davamlı iş aparılır: "Bu insanlar dövlətin himayəsi altındadırlar”.
"Kamillik” Vətəndaşların Hüquqi Maarifləndirilməsi İctimai Birliyinin sədri Niyaz Niftiyevlayihənin məqsədi barədə iştirakçılara məlumat verib: "Məqsəd ölkə vətəndaşlarına Azərbaycan hökumətinin bu istiqamətdəki fəaliyyətini təbliğ etmək, savadlı, sağlam ruhlu gəncliyin formalaşmasını stimullaşdırmaq, gənc nəslin bu ideologiyanı mənimsəmələri üçün maarifləndirici tədbirlər, aksiyalar, müzakirələrin keçirilməsini təmin etməkdir”.
N.Niftiyev əlavə edib ki, müstəqilliyin ilk illərində yaşadıqlarımız sübut edir ki, cəmiyyətdə tarix boyu yaranan və insanların şüurunda formalaşan ictimai dəyərlər dövlətin inkişafına və güclənməsinə böyük təsir göstərir: "Azərbaycan kimi etnik tərkibi zəngin, çoxmillətli bir dövlətdə millətçilik ziyanlı fəsadlara yol aça bilər. İki böyük dövlətin qonşuluğunda yerləşən, bu dövlətlərin təsir altına salmaq istədiyi toplumu yalnız özündə vətənçiliyi, xalqçılığı ehtiva edən azərbaycançılıq ideyası ilə birləşdirmək – sabit birgəyaşayışın davamlılığını təmin etmək mümkündür. Bunun əksinin acı nəticələrini yaşamışıq. Cənubda, şimalda dövlətçiliyə qarşı qəsdlər tariximizin qara səhifələridir. Azərbaycançılıq ideyasının kökündə isə millətçilik yox, vətəndaşlıq dəyəri dayanıb. Bu ideyanın məqsədi çoxmillətli Azərbaycan xalqının birləşməsi və demokratik yolla inkişaf etməsinə zəmin yaradan dəyərlər sistemini formalaşdırmaqdır”.
Jurnalist Araşdırmalar Mərkəzinin sədri, layihənin eksperti Seymur Verdizadəbildirib ki, Azərbaycanda ən ali dəyər azərbaycançılıq ideologiyasıdır: "Dövlətin vahid ideologiyası vətəndaşın təbii maraqlarını nəzərə almadıqda cəmiyyətlə dövlət arasında boşluq yaranır. Cəmiyyəti birləşdirən, onun inkişafına zəmanət verən dəyərlər sistemi mövcud olmalıdır. Onların qanunlarla yanaşı, insanların şüurunda, düşüncələrində, qəlbində olmaları vacibdir. Çəkinmədən deyə bilərik ki, bu da bizdə azərbaycançılıq ideologiyası formasında təşəkkül tapıb”.
Rus icmasının üzvü Aleksandr Safanovömrünün sonuna qədər Azərbaycanda - Privolnoye kəndində yaşayacağını söyləyib: "Mən çox qocalmışam. Atam, babam bu kənddə yaşayıb və dünyadan köçüblər. Biz azərbaycanlılarla qaynayıb-qarışmışıq. Biz bu kəndə heç zaman fərqli münasibət görməmişik. Mən bu yaxınlarda video-müraciət yaydım. Həmin müraciətdə bu kənddən müəyyən səbəblərdən köçüb gedən ruslara çağırış etdim ki, geri qayıtsınlar. Yaşamaq üçün burdan gözəl yer yoxdur”.
Yəhudi icmasının üzvü Nelaida Xanukaevada nə vaxtsa Privolnoye kəndindən köçüb gedəcəyinin ağlına belə gətirmədiyini vurğuladı: "Axı niyə? Biz bu kəndin insanlarıyıq. Bizi hər zaman xatırlayırlar, gəlirlər, belə tədbirlər keçirirlər. Diqqət və qayğı yaxşıdır. Deməli, biz heç zaman unudulmayacağıq”.
Pirivolnoye 1 nömrəli orta məktəbin direktoru Musa Məmmədov, müəllimi Dəyanət Qasımovkəndlərində yaşayan azsaylı xalqlara hər zaman hörmət göstərdiklərini, problemlərinə biganə qalmadıqlarını söylədilər.

banner

Oxşar Xəbərlər