• şənbə, 27 Aprel, 02:32
  • Baku Bakı 14°C

Azәrbaycan vә Türkiyә arasında әmәk miqrasiyası mәsәlәlәrinә dair müzakirәlәr aparılıb

01.02.17 18:03 1019
Azәrbaycan vә Türkiyә arasında әmәk miqrasiyası mәsәlәlәrinә dair müzakirәlәr aparılıb
Xәbәr verdiyimiz kimi, Azәrbaycan Respublikası Dövlәt Miqrasiya Xidmәtinin (DMX) rәisi, II dәrәcәli dövlәt miqrasiya xidmәti müşaviri Firudin Nәbiyevin başçılıq etdiyi nümayәndә heyәti Türkiyәdә sәfәrdәdir.
Nümayәndә heyәti fevralın 1-­dә Türkiyәnin Әmәk vә Sosial Müdafiә naziri Mehmet Müezzinoğlu ilә görüşüb.
Görüşdə Azərbaycanla Türkiyə arasında inkişaf edən hərtərəfli əlaqələrin əhəmiyyətindən bəhs olunub, dövlətlərarası əlaqələrin möhkəmlənməsində Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın birgə səyləri xüsusi vurğulanıb.
Nazir Mehmet Müezzinoğlu iki ölkə arasında əməkdaşlıq əlaqələrinin siyasi, iqtisadi və digər sahələrdə olduğu kimi, miqrasiya sahəsində də mütəmadi olaraq gücləndirildiyini diqqətə çatdırıb.
F.Nәbiyev Azərbaycan və Türkiyə arasında strateji xarakter daşıyan əməkdaşlığın eyni zamanda miqrasiya, əmək və məşğulluq sahəsini də əhatə etdiyini deyib. Prezident İlham Əliyevin 2013-cü ilin noyabrında Türkiyəyə rəsmi səfəri çərçivəsində iki ölkənin hökumətləri arasında bir sıra sahələrdə olduğu kimi, əmək, əmək miqrasiyası, sosial müdafiə və məşğulluq sahəsində də əməkdaşlığa dair imzalanan Sazişə toxunub. Azərbaycan və Türkiyənin aidiyyəti qurumlarının əməkdaşlıq təcrübəsinin hər iki ölkədə əmək miqrasiyası ilə bağlı sistemin təkmilləşdirilməsinə xidmət etdiyini və əməkdaşlığın bundan sonra da uğurla davam etdiriləcəyini bildirib.
Xidmət rəisi Türkiyə vətəndaşlarının respublikamızda tikinti, neft-qaz, yəni enerji sektoru və emal sənayesi, iri istehsalat layihələri, yaşayışın təşkili və ictimai iaşə, təhsil, topdan və pərakəndə ticarət, kənd təsərrüfatı, turizm, avtomobillərin təmiri sahələrində əməkçi miqrant kimi haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olduqlarını, onların və ümumiyyətlə miqrantların hüquqlarının Azərbaycanda yüksək səviyyədə qorunduğuna vurğulayıb. Azərbaycan vətəndaşlarının da qardaş ölkədə bu cür qayğı ilə əhatə olunduğuna əmin olduğunu söyləyib.
Daha sonra miqrasiya, o cümlәdәn әmәk miqrasiyası, onlara tәsir edәn amillәr, bu prosesin tәnzimlәnmәsi mexanizmlәri, bu sahәdә olan qanunvericilik bazası vә digәr mәsәlәlәr әtrafında sәmәrәli fikir mübadilәsi aparılıb. Eyni zamanda, iş adamlarının fәaliyyәti üçün tam münbit şәraitin yaradılması, hәmçinin Azәrbaycan vә Türkiyә arasında әmәk miqrasiyası sahәsindә әmәkdaşlığın daha da genişlәndirilmәsi vә onun perspektivlәri müzakirә edilib.
Görüşdә Azәrbaycanın Türkiyәdәki sәfiri Faiq Bağırov, Türkiyә­Azәrbaycan parlamentlәrarası dostluq qrupunun rәhbәri Necdet Ünivar vә digәr rәsmi şәxslәr iştirak ediblәr.

banner

Oxşar Xəbərlər