• cümə, 26 Aprel, 08:52
  • Baku Bakı 12°C

Azov dənizində “General Həzi Aslanov” neft tankerində partlayış olub, 3 dənizçi itkin düşüb

25.10.20 09:15 427
Azov dənizində “General Həzi Aslanov” neft tankerində partlayış olub, 3 dənizçi itkin düşüb
Azov dənizində Rusiya bayrağı altında üzən üzən "General Həzi Aslanov” neft tankerində baş vermiş yanğından sonra iki dəfə partlayış olub.
APARİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Hadisə zamanı gəmidə 13 heyət üzvü olub. Onlardan 10 nəfəri xilas edilib.
FHN-in Krasnodar diyarındakı regional şöbəsinin yaydığı məlumata görə, dənizçilərdən digər 3 nəfərinin axtarışı davam etdirilir.
Tankerdə yanğın neft məhsullarının buxarından yaranıb. Hadisə vaxtı tankerdə yük olmayıb.
Qeyd edək ki, tanker"Qafqaz” limanından Rostov-Donmarşrutu üzrə hərəkət edirmiş.
banner

Oxşar Xəbərlər