• cümə axşamı, 18 aprel, 14:27
  • Baku Bakı 22°C

“Azneft” üzrə 57 quyu əsaslı təmirdən sonra istismara verilib

15.04.17 13:30 1301
“Azneft” üzrə 57 quyu əsaslı təmirdən sonra istismara verilib
Mart ayında "Azneft” İstehsalat Birliyi (İB) üzrə 57 quyu əsaslı təmirdən sonra istismara verilib.
SOCAR-ın mətbuat xidmətindənAZƏRTAC-a bildirilib ki, neft və qaz hasilatının artırılması üçün prioritet sahələrdən biri də quyuların təmir işlərindən sonra istismara qaytarılmasıdır. "Azneft” İstehsalat Birliyi bu sahədə fəaliyyətini uğurla davam etdirir. Cari ilin mart ayında quyularda 90 əsaslı və 1567 cari təmir işi aparılıb. Proqnozlara müvafiq olaraq 103,4 faiz və 106,8 faiz əməl olunub, 57 quyu istismara daxil edilib. Həmin quyulardan ümumilikdə 21433,4 ton neft, 15 milyon kubmetrdən çox qaz hasil edilib. Ötən ay "28 May” Neft və Qazçıxarma Idarəsi (NQÇİ) üzrə 6 quyu əsaslı təmir edilərək istismara verilib, əlavə olaraq 12 min 892 ton neft, 11,191 milyon kubmetr qaz və 607 ton kondensat hasil olunub.
"Neft Daşları” NQÇİ-də əsaslı təmir olunan 16 quyudan 7-si istismara qaytarılıb, onlardan 5 min 109 ton neft hasil edilib. Ümumiyyətlə, N.Nərimanov, H.Z.Tağıyev, Ə.C.Əmirov, "Abşeronneft”, "Bibiheybətneft” neft və qazçıxarma idarələri, həmçinin "Qaz Anbarlarının İstismarı” İdarəsi üzrə 45 quyu əsaslı təmir olunub, əlavə 3432,4 ton neft çıxarılıb.
banner

Oxşar Xəbərlər