• cümə, 29 Mart, 18:44
  • Baku Bakı 14°C

“Azneft“ dairəsinə maşınlar buraxılmayacaq

16.09.14 16:54 1660
“Azneft“ dairəsinə maşınlar buraxılmayacaq
Bu gün saat 22:00-dan etibarən Bakının “Azneft” dairəsindən Dövlət Bayrağı Meydanı istiqamətində nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.
Nəqliyyat Nazirliyi “Azeryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev “APA-Economics”ə verdiyi məlumata görə, nəqliyyat vasitələrinin hərəkətinin məhdudlaşdırılması qeyd olunan avtomobil yolunun hərəkət hissəsinin üfüqi nişanlanması ilə əlaqədardır.
P. Mürsəliyev əlavə edib ki, sabah saat 9:00-da Lökbatan dairəsindən Ələt qəsəbəsi istiqamətində yolun hərəkət hissəsinin üfüqi nişanlanması ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.
Eyni səbəbdən sabah saat 22:00-da Bibiheybət qəsəbəsindən Lökbatan dairəsi istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə qismən məhdudiyyət tətbiq olunacaq.
banner

Oxşar Xəbərlər