• cümə, 19 Aprel, 02:43
  • Baku Bakı 18°C

Aziz Sancar: "Azərbaycandakı bacarıqlı tələbələr yanıma gəlib, elmlə məşğul ola bilərlər"

12.06.17 14:15 1089
Aziz Sancar: "Azərbaycandakı bacarıqlı tələbələr yanıma gəlib, elmlə məşğul ola bilərlər"
"Biz bir millət, iki dövlətik. Azərbaycanda olduğum üçün çox sevincliyəm".
APA-nın xəbərinə görə, bunu Azərbacyanda səfərdə olan kimya üzrə Nobel mükafatçısı, professor, türkiyəli Aziz Sancar deyib.
Azərbaycanı türklərin vətəni kimi gördüyünü deyən A. Sancar bildirib ki, bütün türklərin Azərbaycana xüsusi sevgisi var: "İnşallah, Azərbaycan elminə fayda verməyə çalışacağam. Azərbaycandakı bacarıqlı tələbələr yanıma gəlib elmlə məşğul ola bilərlər. İmkan olduqca buranı ziyarət edib, azərbaycanlı tələbələri elmə təşviq edəcəyəm".
Professor qeyd edib ki, Nobel qazanmaq üçün elmə sərmayə qoymaq və təməl araşdırmanı dəstəkləmək lazımdır: "Avropadan, Amerikadan idxalla elm olmaz".
banner

Oxşar Xəbərlər