• cümə axşamı, 28 mart, 19:58
  • Baku Bakı 13°C

“Ağzını yu” - Qayıtmasına etiraz edirlər

03.08.18 13:15 647
“Ağzını yu” - Qayıtmasına etiraz edirlər
Leonardo Bounuççinin "Milan”dan "Yuventus”a qayıtması Turin klubunun azarkeşlərinin narazılığına səbəb olub.
Kaspi.az xəbər verir ki, fanatlar sosial şəbəkələrdə bu keçidə etiraz edirlər. Bonuççini təhqir edənlər də tapılır.
Bir qrup fanat isə tibbi mərkəzin qarşısında yığışaraq, futbolçunu fitə basıb. Onlardan biri isə Bonuççiyə "ağzını yu” deyib.
Bununla da fanatlar futbolçunun "Milan”da çıxış edərkən "Yuventus”un qapısına vurduğu qolu sevinclə qeyd etməsinə işarə vurublar.
Bonuççi "Milan”a 2017-ci ildə keçmişdi. Bu yay isə yenidən "Yuventus”a qayıdıb.
banner

Oxşar Xəbərlər