• cümə axşamı, 18 aprel, 16:06
  • Baku Bakı 22°C

"Azərxalça” ASC-yə 2 milyon manat ayrılıb

10.03.18 19:30 762
"Azərxalça” ASC-yə 2 milyon manat ayrılıb
Prezidentİlham ƏliyevSabunçu rayonunda xalça istehsalı emalatxanasının tikintisi, təchizatı və infrastrukturunun yaradılması ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

APA-nın xəbərinə görə, sərəncama əsasən, Sabunçu rayonunda xalça istehsalı emalatxanasının tikintisi, avadanlıq və dəzgahlarla təchizatı və infrastrukturunun yaradılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 yanvar tarixli 3593 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.49.5-ci yarımbəndində göstərilmiş məbləğin 2,0 (iki) milyon manatı "Azərxalça” Açıq Səhmdar Cəmiyyətinə ayrılıb.

Nazirlər Kabinetibu sərəncamdan irəli gələn məsələləri həll etməlidir.
Maliyyə Nazirliyibu sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etməlidir.
banner

Oxşar Xəbərlər