AzerTelecom Türkmənistanda sərgidə iştirak edib - Fotolar
Azərbaycanı beynəlxalq internet şəbəkəsinə
bağlayan magistral (backbone) internet provayder şirkəti AzerTelecom cari ilin
11-12 avqust tarixlərində Türkmənistanın Türkmənbaşı şəhərində keçirilmiş I Xəzər
İqtisadi Forumu çərçivəsində Xəzər İnnovasiya Texnologiyaları sərgisində təmsil
olunub.Şirkətin forum çərçivəsində sərgidə öz stendi
ilə iştirak məqsədi müxtəlif telekommunikasiya xidmətlərinin Türkmənistanda sərginin
yerli və beynəlxalq iştirakçılarına təqdim edilməsi, mövcud və potensial tərəfdaşlarla
faydalı fikir və təcrübə mübadiləsinin aparılması, eləcə də şirkətin beynəlxalq
əlaqələrinin daha da genişləndirilməsi olub. Sərgi günlərində AzerTelecom şirkətinin
stendi maraqla qarşılanıb, sərgi iştirakçılarına şirkətin xidmətləri və icra
olunan layihələr barədə geniş məlumat verilib, əməkdaşlıq imkanları müzakirə
olunub.
Türkmənbaşı şəhərinin Avaza milli turistik
zonasında baş tutmuş I Xəzər İqtisadi Forumunda və Xəzər İnnovasiya
Texnologiyaları Sərgisində Xəzəryanı
ölkələr, eləcə də Niderland, BƏƏ, Çin, Türkiyə, Belarus, Fransa, Yaponiya,
Almaniya, Özbəkistan, Finlandiya və digər ölkələri təmsil edən şirkətlər
iştirak ediblər.
AzerTelecom şirkəti Azərbaycanın ilk mobil operatoru və ən sürətli
mobil internet provayderi Bakcell şirkətinin törəmə müəssisəsidir və 2008-ci
ildə təsis edilib. Şirkət telekommunikasiya sektorunda yerli və xarici şirkətlərə
müxtləlif qabaqcıl xidmətlər təqdim edir. AzerTelecom hazırda Azərbaycanın
sahib olduğu Enerji və Nəqliyyat Mərkəzi statuslarına əlavə olaraq ölkənin
Regional Rəqəmsal Mərkəzə çevrilməsi üçün "Azerbaijan Digital Hub” proqramını
icra edir.
"Digital Hub” proqramının məqsədi ölkəni Qafqaz, MDB, Orta və Cənubi
Asiya, Yaxın Şərq və ətraf regionlar üçün Rəqəmsal Mərkəzə çevirməkdir. Proqramın reallaşması ölkənin Milli IT və
Milli İnnovasiya strategiyası üçün mühüm təməl yaradır və rəqəmsallaşmanın sürətlənməsinə,
rəqəmsal iqtisadiyyata çevik transformasiyaya, start-apların, İT
arxitekturasının inkişafına mühüm töhfə verəcəkdir. Proqram ümumilikdə ölkənin
İKT sisteminin ən qabaqcıl dünya standartları səviyyəsinə çatdırılması, ölkənin
beynəlxalq reytinqlərdə daha öncül sıralara çıxmasına şərait yaradacaqdır.