AzerTelecom I Xəzər İqtisadi Forumu çərçivəsində İnnovasiya Texnologiyaları sərgisində iştirak edəcək
Azərbaycanı beynəlxalq internet şəbəkəsinə
bağlayan magistral (backbone) internet provayder şirkəti
AzerTelecom cari ilin 11-12 avqust tarixlərində Türkmənistanın Türkmənbaşı şəhərində
keçiriləcək I Xəzər İqtisadi Forumu çərçivəsində Xəzər İnnovasiya Texnologiyaları
sərgisində təmsil olunacaq.
Şirkətin forum çərçivəsində sərgidə iştirakı təqdim etdiyi müxtəlif telekommunikasiya xidmətlərinin Türkmənistanda sərginin yerli və beynəlxalq iştirakçılarına təqdim edilməsi, mövcud və potensial tərəfdaşlarla faydalı fikir və təcrübə mübadiləsinin aparılması, Xəzər regionu ölkələrinin və onların tərəfdaşlarının elmi-texniki potensialı ilə əyani şəkildə tanış olmaq və şirkətin beynəlxalq əlaqələrini daha da genişləndirmək baxımından geniş imkanlar açır.
Türkmənbaşı şəhərinin Avaza milli turistik zonasında keçiriləcək I Xəzər İqtisadi Forumunun proqramı üç hissədən ibarətdir: Beynəlxalq konfrans, Xəzər İnnovasiya Texnologiyaları sərgisi və müqavilə hüququ məsələləri – müqavilələrin, sazişlərin və başqa sənədlərin imzalanması. Xəzər İnnovasiya Texnologiyaları sərgisində Xəzəryanı dövlətlərin və iri İKT şirkətlərinin informasiya və kommunikasiya texnologiyaları, telekommunikasiya sahələrində təqdim etdiyi xidmətlər və məhsullar sərgilənəcək.

AzerTelecom şirkəti Azərbaycanın ilk mobil operatoru və ən sürətli
mobil internet provayderi Bakcell şirkətinin törəmə müəssisəsidir və 2008-ci
ildə təsis edilib. Şirkət telekommunikasiya sektorunda yerli və xarici şirkətlərə
müxtləlif qabaqcıl xidmətlər təqdim edir. AzerTelecom hazırda Azərbaycanın
sahib olduğu Enerji və Nəqliyyat Mərkəzi statuslarına əlavə olaraq ölkənin
Regional Rəqəmsal Mərkəzə çevrilməsi üçün "Azerbaijan Digital Hub” proqramını
icra edir. "Digital Hub” proqramının məqsədi ölkəni Qafqaz, MDB, Orta və Cənubi
Asiya, Yaxın Şərq və ətraf regionlar üçün Rəqəmsal Mərkəzə çevirməkdir. Proqramın reallaşması ölkənin Milli IT və
Milli İnnovasiya strategiyası üçün mühüm təməl yaradır və rəqəmsallaşmanın sürətlənməsinə,
rəqəmsal iqtisadiyyata çevik transformasiyaya, start-apların, İT
arxitekturasının inkişafına mühüm töhfə verəcəkdir. Proqram ümumilikdə ölkənin
İKT sisteminin ən qabaqcıl dünya standartları səviyyəsinə çatdırılması, ölkənin
beynəlxalq reytinqlərdə daha öncül sıralara çıxmasına şərait yaradacaqdır.