AzerTelecom Davosda “Caspian Week 2020” konfransı çərçivəsində Memorandum imzalayıb
İsveçrənin Davos şəhərində
Dünya İqtisadi Forumu çərçivəsində keçirilmiş "Caspian Week 2020” konfransında Azərbaycanı
beynəlxalq internet şəbəkəsinə bağlayan AzerTelecom şirkəti və bu konfransın təşkilatçısı
olan İsveçrənin Integral Petroleum S.A şirkəti arasında Anlaşma Memorandumu
imzalanıb.
Qlobal liderlərin, şirkətlərin və ekspertlərin görüşü üçün bir platforma olan və Xəzər regionu ilə dünya arasında qarşılıqlı əlaqələrin inkişaf etdirilməsi, bu regionda innovasiyaların tətbiqinə hədəflənən "Caspian Week 2020” konfransı artıq 4-cü ildir ki, keçirilir.
"Caspian Week 2020” konfransı çərçivəsində imzalanmış Memorandumla şirkətlər internet bağlantı xidmətlərinin yaxşılaşdırılması, iqtisadi inkişaf, qlobal bazarlara daha yaxşı çıxışın əldə olunması və Xəzər regionunda data tranziti üzrə strateji tərəfdaşlığın qurulması barədə qarşılıqlı niyyətlərini ifadə ediblər.
"Biz Xəzər regionunun dünya bazarı ilə
bağlantısını əhəmiyyətli şəkildə inkişaf etdirəcək logistika texnologiyalarını
tətbiq edirik. Bura Əşyaların İnterneti (IoT- Internet of Things) həlləri,
donanmanın optimallaşdırma vasitələri və digər elementlər daxildir. AzerTelecom
şirkəti ilə əməkdaşlıq bu proqramın vacib bir hissəsidir” - deyə Integral Petroleum
S.A şirkətinin direktoruMurat Seitnepesov bildirib.
Qeyd edək ki, AzerTelecom şirkətinin Xəzər regionunun telekommunikasiya sektorunda aktiv şəkildə fəaliyyət göstərdiyini, Integral Petroleum şirkətinin isə ticarət, logistika və rəqəmsal vasitələrin tətbiqi sahələrində fəaliyyətini nəzərə alaraq şirkətlər Xəzər regionunda sosial və iqtisadi inkişafı əhəmiyyətli dərəcədə sürətləndirmək üçün öz səylərini artıracaqlar.
AzerTelecom Azərbaycanın telekommunikasiya operatorudur. Şirkət ölkənin ilk mobil operatoru və ən sürətli mobil internet provayderi olan Bakcell şirkətinin törəmə müəssisəsidir. AzerTelecom şaxələnmiş şəbəkə vasitəsilə Azərbaycanı beynəlxalq internet şəbəkəsi ilə birləşdirir. Hazırda AzerTelecom şirkəti Azərbaycanın rəqəmsal mərkəzə çevrilməsi üçün "Azerbaijan Digital Hub” (ADH) proqramını icra edir.
Qlobal liderlərin, şirkətlərin və ekspertlərin görüşü üçün bir platforma olan və Xəzər regionu ilə dünya arasında qarşılıqlı əlaqələrin inkişaf etdirilməsi, bu regionda innovasiyaların tətbiqinə hədəflənən "Caspian Week 2020” konfransı artıq 4-cü ildir ki, keçirilir.
"Caspian Week 2020” konfransı çərçivəsində imzalanmış Memorandumla şirkətlər internet bağlantı xidmətlərinin yaxşılaşdırılması, iqtisadi inkişaf, qlobal bazarlara daha yaxşı çıxışın əldə olunması və Xəzər regionunda data tranziti üzrə strateji tərəfdaşlığın qurulması barədə qarşılıqlı niyyətlərini ifadə ediblər.
"İsveçrənin aparıcı
şirkətlərindən olan Integral Petroleum S.A ilə Memorandumun imzalanması
qarşılıqlı əməkdaşlıq istiqamətində yeni perspektivlər açır. Hazırda
AzerTelecom Azərbaycanın rəqəmsal mərkəzə çevrilməsi üçün "Azerbaijan Digital
Hub” proqramını icra edir. Biz regionda bağlantı xidmətlərinin inkişafı üçün yeni
imkanlar üzərində çalışırıq və inanırıq ki, əməkdaşlığımız son nəticədə
hədəflərə çatmağa, böyük Xəzər regionunda dayanıqlı inkişafa töhfə verəcək” -
deyə AzerTelecom şirkətinin baş direktoru Fuad Allahverdiyevbildirib.