• cümə axşamı, 28 mart, 17:24
  • Baku Bakı 16°C

AzərTAc-ın maliyyələşmə mexanizmi dəyişib

10.08.16 20:54 940
AzərTAc-ın maliyyələşmə mexanizmi dəyişib
Azərbaycan prezidentiİlham Əliyev"Azərbaycan Dövlət İnformasiya Agentliyi (AzərTAc) haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə fərman verib.

APA-nın məlumatına görə, dəyişiklik AzərTAc-ın fəaliyyətinin təşkili ilə bağlıdır.

İndiyə qədər AzərTAc dövlət büdcəsindən ayrılan vəsait hesabına maliyyələşib və informasiya və təsərrüfat fəaliyyətindən əldə olunan gəlirlər bütövlükdə dövlət büdcəsinə köçürülüb.

Dəyişikliyə əsasən, bundan sonra AzərTAc-ın saxlanma xərcləri və fəaliyyəti dövlət büdcəsinin vəsaiti, büdcədənkənar vəsaitlər, kreditlər və qrantlar, ianələr, habelə xidmətlər göstərilməsindən və işlər görülməsindən əldə edilən vəsait hesabına maliyyələşdiriləcək.
banner

Oxşar Xəbərlər