• cümə, 26 Aprel, 16:12
  • Baku Bakı 23°C

“Azərsun Holdinq”də ənənəvi qanvermə aksiyası keçirildi

02.06.16 19:48 922
“Azərsun Holdinq”də ənənəvi qanvermə aksiyası keçirildi

"Azərsun Holdinq”də hər il olduğu kimi, "SİZ QAN VERMƏKLƏ BAŞQALARINA HƏYAT VERİRSİNİZ!” şüarı altında qanvermə aksiyası keçirilib. Mərkəzi Qan Bankı ilə birgə təşkil edilən sosial aksiya Şirkətlər Qrupunun Mədəniyyət Mərkəzində keçirilib. Qanvermədə 500-dən artıq "Azərsun Holdinq” əməkdaşı iştirak edib.
Donor şəxslərə tibbi xidmət göstərilib və toplanılan qan Səhiyyə Nazirliyinin Mərkəzi Qan Bankına təhvil verilib.
Qanvermə aksiyasında iştirak edən Holdinqin İdarə Heyətinin üzvü Tahir Gözəl əməkdaşlar qarşısında çıxış edərək qan verməklə müxtəlif xəstəliklərdən əziyyət çəkən insanları xilas etməyin mümkün olduğunu bildirib və hər kəsi bu cür aksiyalara qatılmağa dəvət edib.
Qeyd edək ki, ölkəmizin qeyri-neft sektorunun aparıcı şirkətlərindən olan "Azərsun Holdinq” artıq 10 ildir ki, ənənəvi qanvermə aksiyası keçirməklə yüzlərlə insanın öz sağlamlığına qovuşmasına dəstək verir.

banner

Oxşar Xəbərlər