“Azərsun Holdinq” Sumqayıt şəhərinin 70 illiyində iştirak etdi
22.11.19 16:47
1177
Sumqayıt şəhərinin 70 illik yubileyinin qeyd
edilməsi haqqında Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 14
fevral 2019-cu il tarixli Sərəncamına əsasənşəhərinin yubileyi təntənəli
şəkildə qeyd edilib.
Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı
Zakir Fərəcov, Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnikElçin
Quliyev,millət vəkilləri, Sumqayıtla qardaşlaşmış şəhərlərin nümayəndələri,
ictimai xadimlərin iştirak etdiyi tədbirə "Azərsun Holdinq”in İdarə Heyətinin
üzvü Savaş Uzan, Bakı Qida və Yağ Fabriki, Azərbaycan Kağız və Karton
İstehsalı, "Bazarstore”, "Al market” və "Azərsun Holdinq”in Sumqayıt satış
nümayəndəliyi təmsil olunub.
Sumqayıt şəhəri İcra Hakimiyyətinin qarşısında təşkil edilmiş paradda Şirkətlər
Qrupunun yüzlərlə əməkdaşı iştirak edərək
səmaya sülhün rəmzi olan 70 ağ göyərçin buraxıblar.
Daha sonra təşkil edilən konsertdə "Azərsun Holdinq”in Müşahidə Şurasının sədri
Abdolbari Goozalın təşəbbüsü ilə hazırlanmış və Sumqayıtın 70 illiyinə həsr
edilmiş mahnı səsləndirilib. "Möcüzə” və "Zeytun bağları” markalarının sifarişi
ilə bəstələnən və Cəbrayıl Rəsulovun ifa etdiyi mahnı qonaqlar tərəfindən böyük
maraqla qarşılanıb.
Sumqayıtda fəaliyyət göstərən "Azərsun Sənaye Parkı” 2014-cü ildə ölkə başçısı
cənab İlham Əliyevin iştirakı ilə istismara verilib. Yüzlərlə sumqayıtlının işlə
təmin edildiyi Bakı Qida və Yağ Fabriki ilə Azərbaycan Kağız və Karton
İstehsalı Kombinatı "Regionların sosial-iqtisadi inkişafına dair” Dövlət
Proqramına uyğun olaraq insanların sosial-rifah halının yüksəldilməsində mühüm
rol oynayır.
Qeyd edək ki, ölkənin ərzaq təhlükəsizliyinin
təmin edilməsində mühüm rol oynayan "Azərsun Holdinq” müəssisələrinin fəaliyyət
göstərdiyi bütün bölgələrin sosial həyatında yaxından iştirak edir və təşkil
edilən layihələrə öz dəstəyini göstərir.