• cümə axşamı, 02 may, 01:21
  • Baku Bakı 15°C

“Azərsu”dan smart-kart açıqlaması

09.12.13 14:39 1781
“Azərsu”dan smart-kart açıqlaması
“Azərsu” Açıq Səhmdar Cəmiyyəti ödəniş səviyyəsinin yüksəldilməsi, debitor borc probleminin aradan qaldırılması və su itkilərinin qarşısının alınması məqsədilə ön ödənişli (smart-kart tipli) elektron su sayğaclarının quraşdırılması istiqamətində tədbirləri davam etdirir. Bu barədə Lent.az-a qurumdan məlumat verilib.
Cari ilin yanvar-noyabr aylarında 180 min abunəçi smart- kart sayğaclarla təmin edilib. Bununla da 2012-ci ildən - smart-kart sayğacların tətbiqinə başlanılandan indiyədək “Azərsu” ASC-nin xidmət idarələri və podratçı təşkilatlar tərəfindən quraşdırılmış sayğacların sayı 200 mini keçib.
Artıq Quba, Ucar, Zərdab, Lənkəran, Biləsuvar, İmişli, Hacıqabul, Tovuz, Ağstafa və digər şəhərlərdə abunəçilər smart-kart sayğaclardan istifadə edirlər.
Smart-kart sayğacların əhali və qeyri əhali qrupu abunəçiləri üçün quraşdırılması paralel aparılır. İndiyə qədər quraşdırılmış sayğacların 176 min ədədi əhali, 24 min ədədi isə qeyri-əhali qrupu abunəçilərinin payına düşür.
Su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadə edən əhali qrupu istehlakçılarına ön ödənişli sayğacların quraşdırılması "Azərsu" ASC-nin müvafiq xidmət sahələri tərəfindən dövlət hesabına həyata keçirilir və bunlara görə istehlakçıdan heç bir ödəniş tələb olunmur. Qeyri-əhali qrupu abunəçiləri üçün sayğacların quraşdırılması isə "Azərsu" ASC-nin müvafiq xidmət sahələri tərəfindən istehlakçının vəsaiti hesabına həyata keçirilir.
banner

Oxşar Xəbərlər