• çərşənbə, 17 Aprel, 00:51
  • Baku Bakı 14°C

“Azərsu”da qanvermə aksiyası keçirildi

03.12.13 15:04 1317
“Azərsu”da qanvermə aksiyası keçirildi
Bu gün Beynəlxalq Əlillər günü münasibətilə “Azərsu” Açıq Səhmdar Cəmiyyətində qanvermə aksiyası keçirilib. Səhmdar Cəmiyyətdən Lent.az-a verilən məlumata görə, Elmi-Tədqiqat Hemotologiya və Transfiziologiya İnstitutunun Mərkəzi Qan Bankı tərəfindən ezam olunmuş xüsusi tibb briqadasının həkim-hemotoloqları tərəfindən hər bir donorun sağlamlığı aksiyadan əvvəl səyyar laboratoriyada yoxlanılıb. Aksiyada “Azərsu” ASC-nin Aparatı, eləcə də idarə və təşkilatlarından 300-dən çox əməkdaş qanvermədə iştirak edib.
Elmi-Tədqiqat Hemotologiya və Transfiziologiya İnstitutunun əməkdaşları bildiriblər ki, götürülən qan nümunələri laboratoriyada hərtərəfli müayinə edildikdən sonra onlardan talassemiyalı və digər irsi qan xəstələrinin müalicəsində istifadə olunacaq.
banner

Oxşar Xəbərlər