• cümə, 29 Mart, 17:33
  • Baku Bakı 14°C

"Azərsu": Sakinlərin ixtiyarı var ki, su çənlərini saxlasın

15.04.19 15:23 472
"Azərsu": Sakinlərin ixtiyarı var ki, su çənlərini saxlasın
"Azərsu" Açıq Səhmdar Cəmiyyəti Bakınn Xətai rayonu ərazisinin bir hissəsində məhəllədaxili və zirzəmidən keçən su xətlərinin yenilənməsinə başlayıb.
Bu barədə Trend-ə açıqlamasında "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı deyib.
Onun sözlərinə görə, həmin ərazidə köhnəlmiş xətlər yenisi ilə əvəzlənir: "Sovet dövründə tikilmiş və istifadəyə yararsız olan bütün su xətlərini yeniləyirik. Hazırda biz Xətai rayonu ərazisini 3 saat səhər, 3 saat axşam içməli su ilə təchiz edirik. Yəni bu gün yalnız qrafiklə su vermək üçün texniki imkanlarımız var. Amma gələcəkdə bu işlər tam yekunlaşandan, bütün məhəllədaxili, binadaxili xətlər yenilənəndən və sayğacla təmin olunandan sonra imkanımız var ki, həmin ərazilərdə hidrofor sistemi qurulsun və sakinləri 24 saat fasiləsiz içməli su ilə təchiz edək".
A.Cəbrayıllı onu da qeyd edib ki, "Azərsu" binalardan su çənlərini yığışdırmayacaq: "Bu məsələ bizlik deyil. Gələcəkdə xətlər yenilənəndən sonra da sakinlərin ixtiyarı var ki, su çənlərini saxlasınlar və yeni xətdən sayğacdan keçmək şərti ilə çənlərindən istifadə etsinlər. Hazırda 38 binanın su xətlərinin yenilənməsi nəzərdə tutulur. Hələ ki həmin binalara qrafiklə su veriləcək. Bu ərazidə yenilənmə tam başa çatandan sonra vətəndaşların fasiləsiz su ilə təmin olunması məsələsinə baxıla bilər".
banner

Oxşar Xəbərlər